Ekoloji və sosial təhlükəsizlik üzrə mütəxəssis

İşin təsviri

Tələblər və Kvalifikasiyalar:

  • Təhsil:Ətraf mühit üzrə ali təhsil; kənd ərazilərinin inkişafı və/yaxud kənd təsərrüfatı istiqamətində;
  • Təcrübə və biliklər:Davamlı ekoloji layihələrin hazırlanması üzrə ən azı 3 illik təcrübə;
  • Tələbə əsaslanan icma inkişafı layihələrinin ekoloji aspektləri üzrə ən azı 3 illik təcrübə;
  • Müxtəlik növ layihələr üzrə hökumət təşkilatları, QHT-lər və yerli icmalar üçün Ətraf Mühitin Qiymətləndirilməsi/İdarəetmə Planlarının və ətraf mühit üzrə təlim proqramlarının hazırlanması üzrə təcrübə,
  • Ekoloji problemlərin prioritetləşdirilməsi, mexanizmlər və metodologiyanın inkişafı, yerli və regional səviyyədə layihələrin idarə edilməsi sahəsində üstün təcrübə;
  • Beynəlxalq təşkilatlarla iş üzrə tanışlıq tələb olunur;

Digər bacarıqlar:

  • Əla ünsiyyət bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Layihə zonaları daxilində və arasında tez-tez səyahət etməyi qəbul etməli və hədəf benefisiarlar ilə layihə məsələləri üzrə yaxından əlaqə saxlamalıdır;
  • İnformasiya Texnologiyaları (İT) üzrə əsaslı bacarıqlar, xüsusilə WinWord və Excel proqramları (MS Office) ilə təcrübə.
  • İş səviyyəsində ingilis dili biliyinə əlavə üstünlük veriləcəkdir.

Əsas vəzifələr:

  • Təklif olunan biznes planlarının yoxlanılmasında və ətraf mühit kateqoriyasının təyin edilməsində LİQ-ə yardım göstərmək;
  • Lazım gəldikdə, ilkin vəziyyəti və sahəyə xas potensial təsirləri qiymətləndirmək üçün təklif olunan biznes yerlərinə baş çəkmək;
  • Gözlənilən ekoloji təsirlər və təsirlərin mümkün azaldılması tədbirləri və həyata keçiriləcək ekoloji ekspertizanın müvafiq növü üzrə məsləhətlər vermək; layihənin ekoloji sənədlərini nəzərdən keçirmək və lazım olduqda ərizəçiyə və icmalara tövsiyələr vermək;
  • Təqdim edilmiş təkliflərin qiymətləndirilməsində iştirak etmək və təkliflərin ekoloji uyğunluğu və məqbulluğu ilə bağlı məsləhətlər vermək;
  • Layihənin icrası ilə bağlı LİQ-nin müntəzəm tərəqqi hesabatlarına töhfə vermək;
  • LİQ işçiləri və potensial benefisiar icmalar üçün maarifləndirmə tədbirlərini həyata keçirmək. Bunun üçün potensial ekoloji problemlərin və üstün ətraf mühitin idarə edilməsi təcrübələrinin təqdim oluna biləcəyi seminarlar keçirilə bilər;
  • Zəruri hallarda Dünya Bankının Bakıdakı ətraf mühit məsələləri üzrə mütəxəssisi ilə əməkdaşlıq etmək və sorğu əsasında ətraf mühitə dair sənədləri və məlumatları təqdim etmək.
  • Hesabat tələbləri və müddətləri:
  • Sosial və ekoloji məsələlər üzrə mütəxəssis direktora hesabat verəcək, əksi tələb olunmadığı təqdirdə, sosial və ekoloji məsələlər üzrə mütəxəssis Layihənin ümumi ətraf mühitə uyğunluğu barədə direktora aylıq hesabat təqdim edəcəkdir.

İş şərtləri:

  • Ekoloji və sosial təhlükəsizlik üzrə mütəxəssis görülən işlərin monitorinqi üçün müntəzəm işgüzar səfərlərə hazır olmalıdır.

Müqavilə şərtləri:

  • Ekoloji və sosial təhlükəsizlik üzrə mütəxəssis işinin qiymətləndirilməsindən sonra müqaviləni uzatmaq imkanı ilə 12 ay müddətinə müqavilə əsasında işə götürülür.      

Uyğun namizədlər öz CV-lərini 05 iyul 2023-cü il tarixindən gec olmayaraq aşağıda göstərilən e-poçt ünvanına təqdim etməlidirlər.

Tel: (99412) 4318249

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən digər vakansiyalar