Mühafizəçi

İşin təsviri

Namizədə Tələblər:

  • Yaş həddi:  25 - 45 yaş
  • Staj: 3 – 5 il təcrübə mütləqdir
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
  • Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb ( 10:00-dan   17:00-a qədər) CV formasını müəssisədə doldura bilərlər.

Vəzifə öhdəlikləri:

  • Giriş qapısının daimi olaraq nəzarətinin təşkili 
  • Şirkəti periodik olaraq olaraq gəzərək, verilmiş təlimatları icra etmək
  • Müəssisəyə gələn qonaqları şirkətdaxili Prosedurlara uyğun olaraq qarşılamaq və yönləndirmək
  • İşçilərin şəxsi yoxlanılmasını həyata keçirmək 
  • İstehsalatda mütəmadi yoxlamalar keçirmək
  • Hər hansı şübhəli vəziyyətlə bağlı lazım gəldiyi təqdirdə bir üst rəhbərinə məruzə eləmək 
  • Növbə sırasında tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbənin tələb etdiyi şəkildə icra etmək 
  • Şirkətin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısını almaq və müvafiq tədbirlər həyata keçirmək 

Əmək haqqı: 450 - 500 manat

İş qrafiki: 6 günlük (iş növbəlidir).

Nahar şirkət tərəfindən təmin olunur, Koroğlu metrosundan servis işləyir.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.