Baş / Aparıcı maliyyə analitiki

  • Unibank
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Layihə üzrə büdcənin hazırlanmasında iştirak, büdcənin icrasına aylıq əsasda nəzarət, bu istiqamətdə müqayisə və təhlillərin aparılması və müvafiq təqdimatların hazırlanması;
  • Layihələr üzrə maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası;
  • Maliyyə/uçot məlumatları üzrə müfəssəl təhlilin həyata keçirilməsi, gəlir/xərc maddələrinin sistemdə düzgün uçotuna nəzarət;
  • Biznes proseslərdə nöqsan və çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması məqsədilə müvafiq struktur bölmələrlə (İT, Prosesinq, Strategiya və İnkişaf və s.) əməkdaşlıq;
  • Digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadi);
  • Maliyyə sahəsi üzrə azı 5 il iş təcrübəsi;
  • Rus və İngilis dili üzrə yüksək səviyyədə biliklər;
  • Riyazi hesablamalar aparma və analitik təhlil bacarıqları;
  • MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • ACCA sertifikatları (minimum F2, F3, F5, F9) və ya ekvivalent sertifikatlarının olması üstünlükdür;
  • Təşəbbüskarlıq, çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik;

İşəgötürənin reytinqi