Qrafik dizayner

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq;
  • Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək; 
  • Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək;
  • Veb-sayt dizaynı üzərində lazım ola biləcək dəyişiklikləri həyata keçirmək;
  • Müəyyən olunmuş vaxt çərçivəsində layihələri təhvil vermək;

Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

  • Uyğun sahə üzrə təhsil;
  • Qrafik dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Adobe Creative Cloud (Photoshop, Illustrator etc.);
  • CorelDraw proqramlarını bilmək (Sketch bilikləri üstünlük hesab olunur);
  • Azərbaycan (Rus və İngilis dilləri üstünlük hesab edilir);
  • Vaxtın düzgün idarə olunması bacarığı;
  • Detallara yönümlülü;
  • Nəticə yönümlülü
  • Stresə davamlı, 
  • Təşəbbüskar və yaradıcıl
  • Yeni trendlərdən xəbərdar olmaq 

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Mütəxəssis/Qrafik dizayner vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi 15.07.2023.

İşəgötürənin reytinqi