STEAM müəllimi

İşin təsviri

İş barədə:

  • Uşaqların yaşına , marağına uyğun STEAM dərsləri planlaşdırmaq vә aparılmasını tәmin etmәk.
  • STEAM proqramını hazırlamaq və uşaqların  bacarıqlarını inkişaf etdirmək üçün proqramı daimi təkmilləşdirmək
  • Uşaqlara STEAM sahələrində praktiki , yaradıcı , problem həll etməyi əsas tutan STEAM dərsləri hazırlamaq və keçirmək.
  • Şagirdin nəticəsini ölçmək və ehtiyacı olan tələbələrə əlavə dəstək göstərmək.
  • Şagirdlərə mütəmadi rəylərin verilməsi , onların daha aktiv cəlb edilməsi üçün iş görmək.
  • Güclü tərəfləri və təkmilləşdirilməli sahələri müəyyən etmək və müvafiq təkliflər vermək.
  • Yazılı vә sözlü kommunikasiya bacarıqlarına malik olmaq.
  • Valideynlərlə müntəzəm ünsiyyət.
  • AR əmək məcəlləsinə uyğun iş rejimi
  • Əmək haqqı razılaşma əsasında

Namizəddən tələblər:

  • Elm, Texnologiya, Mühəndislik, İncəsanat , Riyaziyyat və ya Pedaqogika sahələrində təhsil
  • Müvafiq STEAM kursu üzrə sertifikat 
  • Azərbaycan, rus və ya ingilis dilində danışıq
  • Məsuliyyətli, uşaqları sevən, səbrli, ünsiyyətcil, öyrənmək və öyrətmək bacarığı
  • Word və Excel kimi əsas kompüter proqramları ilə işləmə bacarığı.
  • Uşaqlar və yeniyetmələrlə iş təcrübəsi. 
  • STEAM müǝllimi olaraq minimum 1 il iş tǝcrübǝsi olmalı
  • Yaxşı sinif idarəetmə bacarıqları.
  • Yaxşı komanda işi bacarıqları.

Müraciət qaydası:

Yalnız tələblərə cavab verən namizədlərin başlıqda vakansiya adını, mətndə əmək haqqı gözləntisini qeyd etməklə CV göndərmələri xahiş olunur.