Mebel istehsalatı sexinin müdiri

  • Amal Group
  • Elanın qoyulma tarixi: 14.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsal fəaliyyətinin idarə və təşkil edilməsi
  • Hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılmasının təmin edilməsi.
  • Zay məhsul buraxılışının qarşısının alınması
  • Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
  • Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət. Əməkdaşların iş ərazilərinin təmizliyinin təmin edilməsi.
  • Hesabatların vaxtında tərtib edilməsi, yoxlanılması və rəhbərliyə təqdim edilməsi
  • Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
  • İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
  • Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
  • İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Bacarıqlar: 

  • İdarə etmə bacarığı
  • Operativlik
  • Dəqiqlik
  • Dürüstlük
  • Təşəbbüskarlıq
  • Komandada işləmək bacarığı
  • Detallara diqqət yetirmək qabiliyyəti
  • Analitik və strateji baxış bacarıqları

Əmək haqqı: 1000(NET)+Bonus

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İstehsalat müdiri" adını qeyd edərək ünvnına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.