Brend menecer

  • Milla Dairy
  • Elanın qoyulma tarixi: 14.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
  • Brendlərin inkişafı üzrə yeni təkliflər irəli sürmək;
  • Məhsulların qiymət siyasətinin hazırlanması, satış şərtlərinin müəyyən edilməsi
  • Hədəf auditoriyasının seqmentasiyası və müəyyənləşdirilməsi;
  • Yeni məhsul xəttinin konsepsiyasının işlənib hazırlanması;
  • Məhsul xətlərinin seqmentləşdirilməsi;
  • Məhsulun pərakəndə satışa inteqrasiyası;

Vəzifə üzrə spesifikasiyalar:

  • Tələb olunan Təhsil və Təcrübə:
  • Ali iqtisadi təhsil: Marketinq və Brend menecment üzrə;
  • Marketinq, biznesin inkişafı, brend idarə edilməsi, kommunikasiya, reklam sahələri üzrə ən azı 3 il iş təcrübəsi.
  • FMCG sektorunda təcrübə;

Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:

  • Azərbaycan dili (yüksək səviyyədə) İngilis dili (yüksək səviyyədə) Rus dili (yüksək səviyyədə) 
  • Strateji və analitik düşüncə, təşəbbüskarlıq, yenilikçilik, yaradıcı düşüncə;
  • Büdcələri planlaşdırmaq və idarə etmək üçün lazımı bacarıqlar;
  • İnformasiya ilə işləmək, onu sistemləşdirmək və təhlil etmək bacarığı;
  • Komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı və komandanın digər əməkdaşları ilə öz təcrübəsini bölüşməyə hazır olmaq;
  • Kreativlik
  • Biznes yanaşma (biznes yönümlü)
  • Effektiv vaxt idarə etmə və problem həll etmə bacarıqları;
  • Müştəri yönümlü düşüncə tərzi, ünsiyyət qurmaq və təqdimat bacarığı;
  • Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün müəyyən olunması;
  • Dəqiqlik, detallara diqqət;
  • MS Office billikləri.

Əmək şəraiti və iş şərtləri barədə:  

  • İş yeri: Bakı-Şamaxı şos. 15-ci km. 
  • İş qrafiki: 08:30-17:30 (5 günlük iş qrafiki)
  • Nahar, servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir. 

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Brend menecer” qeyd etməklə göndərə bilərsiniz.