Sürücü

  • By Telecom
  • Elanın qoyulma tarixi: 13.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin  təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini həyata keçirmək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək.
  • Sürücü ona həvalə edilmiş Şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, sazlığına və təyinatı üzrə düzgün istismarına və bu Vəzifə Təlimatına müvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə, Şirkətin qarşısında tam məsuliyyət daşıyır..
  • Sürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və/və ya mənəvi ziyan, Sürücü
  • tərəfindən müəyyən olunmuş qaydada, ödənilməlidir.
  • Sürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və  mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Şirkət qarşısında məsuliyyət daşıyır.
  • Sürücüyə təhvil verilmiş məhsullara tam cavabdehlik daşımaq və təhlükəsiz şəraitdə qeyd olunan ünvana çatdırmaq.
  • Oğurlanmış və itirilmiş məhsullara görə tam maddi məsuliyyət daşımaq.

Tələblər:

  • Sürücü olaraq ən azı 1 il iş təcrübəsi
  • Sürücülük kateqoriyası B
  • Bakı və ətraf kənd ərazilərini yaxşı tanıma
  • Diqqətli sürmə və yol hərəkəti qaydalarına əməl etmək
  • Müştəri ilə ünsiyyət qurmağı bacarmaq
  • Məsuliyyətli, intizamlı və dürüst olmaq

Bazar ertəsi - Cümə (10:00- 19:00)

Əmək haqqı: 500 AZN (net)

Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Sürücü” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 994 50 670 58 88