Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil (marketinq, jurnalistika və iqtisadiyyat yönümlü ixtisaslar üzrə);
  • Rəqəmsal və sosial media marketinqi üzrə sertifikatlar üstünlükdür;
  • Rəqəmsal və sosial media marketinqi sahəsində 2 ildən çox təcrübə;
  • Portfoliosunu təqdim etməlidir;
  • Facebook Business Manager və İnstagram Business, Google Ads və Google Analytics, Youtube Studio platformalarında yaxşı səviyyədə işləyə bilməli, təcrübəsi olmalıdır;
  • Azərbaycan dilində mətn kontentinin (copywriting) hazırlanması üzrə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:  

  • Həvalə ediləcək sosial media səhifələrinin işini təşkil edəcək;
  • Kontent plan hazırlayacaq;
  • Plana uyğun dizayner və kopirayterlə birgə kontentin hazırlanmasını təmin edəcək;
  • Paylaşımları planlaşdıracaq və icra edəcək;
  • Ödənişli sosial media təşviqatını təşkil edəcək;
  • Google Ads və digər rəqəmsal platformalar üzərindən vebsaytların təşviqat işlərini icra edəcək;
  • SEO optimizasiya işlərini icra edəcək;
  • Təşviqat büdcəsinin səmərəliliyini təmin edəcək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1300-1500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Korporativ nömrə. 

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini və Portfoliolarını mövzu hissəsinə “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.