İşin təsviri
Əsas Tələblər:
- Təhsili: İnşaat Mühəndisliyi üzrə müvafiq universitet dərəcəsi;
- Yaş: 35-45
- Cinsi: Kişi
- İş təcrübəsi: 5 ildən yuxarı
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
Vəzifə və Öhdəliklər:
- Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini, işlərin TN və Q uyğun yerinə yetirilməsini və bitmiş işlərin texniki nəzarəti;
- Tikinti-quraşdırma işçilərinin işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək;
- İşçilərin istehsalat və peşə intizamına, əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunu izləmək;
Tələblər və bacarıqlar:
- Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
- Layihə sənədlərinə uyğun mal-materialların sifarişini vermək və yerinə yetirilmiş tikinti quraşdırma işlərinə görə F2 sənədlərinin yazılması;
- İnşaat və mühəndislik planlarını və detallarını oxumaq və tam olaraq anlamaq;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Microsoft Office (Outlook, Word, Excel), (Autocad proqramlarında işləmək bacarığı arzuolunandır;
Qeyd:
İş yeri Laçında olacaq. Yerləşdirilmə və qidalanma şirkət tərəfindən qarşılanır.