Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Açılmış sifariş formalarının analizi;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
Satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
Yeni tədarükçülərin cəlb olunması və tədarükçülər zincirinin idarə edilməsi
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
Təchizat sahəsində ən az 2 il iş təcrübəsi
Yaş: 25-40
Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
Bazarı təhlil etmək bacarığı
Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri vacibdir.
MS Office proqramları
Yanğından mühafizə sahəsi üzrə biliklər (təcrübə) arzuolunandır
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
Stressə davamlılıq
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Həftədə 5 iş günü.
Əmək haqqı:1000-1200 manat + bonus
Fire Safety Caspian Azerbaijan tərəfindən digər vakansiyalar