Hüquqşünas

İşin təsviri

İşəgötürən:  Maliyyə xidmətləri şirkəti

Vəzifənin adı:  Hüquqşünas

Əmək funksiyalarının dairəsi:

- hüquqi xarakterli sənədlərin (o cümlədən məktubların və rəylərin) layihələrinin hazırlanması;
- müqavilə layihələrinin mətninin hazırlanması və ya təqdim edilmiş müqavilə layihələrinə rəy verməklə əlavə və dəyişikliklərin edilməsi;
- müxtəlif əqdlərlə bağlı danışıqların aparılmasıvə onların nəticələri haqqında rəhbərliyə məlumatın verilməsi;
- əsasən vergi, əmək və mülki qanunvericilik sahələrində meydana çıxan müxtəlif məsələlərlə bağlı qanunvericiliyin təhlilinin aparılması.

Namizədə aid tələblər:

- ali hüquqi təhsili;
- azı iki il hüquqşünaslıq ixtisası üzrə iş təcrübəsi (kommersiya hüququ sahəsində təcrübəyə malik olanlara üstünlük verilir);
- Microsoft Office paketinə daxil olan kompüter proqramlarında işləmə bacarığı;
- azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı.

Əmək haqqı:  800-1200 AZN (net)

Sənədlərin təqdim edilməsinin son tarixi: 15 avqust 2013-cü il

Məlumatları yuxarıda qeyd olunan vakansiya ilə maraqlanan şəxslərdən öz cv-lərini

[email protected]

elektron ünvanına göndərmələri xahiş olunur.  
Yalnız cv-lərinin ilkin qiymətləndirilməsindən müsbət rəy almış şəxslər müsahibəyə dəvət olunacaqlar.