Biznesin inkişafı üzrə mütəxəssis

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 16.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

                                                                        

Yello Advertising

Vakansiya nömrəsi: 0022013

Vəzifə: Biznesin inkişafı üzrə mütəxəssis

Əmək haqqı: 450 – 1000 AZN

Vəzifənin məqsədi:

Şirkəti potensial və hazırki müştərilər qarşısında təmsil etmək, şirkətin inkişafında rəhbərliyə dəstək göstərmək, yeni müştərilərin cəlb olunması və işin keyfiyyətinin daima artmasından əmin olmaq

Əsas vəzifə və öhdəliklər:

• Bazardakı hazırki vəziyyətin araşdırılması,analiz edilməsi,şirkətin inkişafı üçün rəhbərliyə təkliflərin irəli sürülməsi və uyğun olaraq şirkətin stratejik planının yenilənməsində şirkət rəhbərliyinə dəstək göstərilməsi;
• Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması;
• Peşəkar prezentasiyaların, təklif paketlərinin hazırlanması və təqdimatların edilməsi;
• Şirkətin ilk görünən üzü kimi potensial müştərilərlə görüşlərin təyin edilməsi, şirkətin portfoliosunun təqdim edilməsi;
• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun olaraq hesabatların hazırlanması.

Minimum tələblər:

• İqtisadiyyat, biznes, layihənin idarə edilməsi, marketinq, PR və s. kimi sahələr üzrə bakalavr dərəcəsi
• Azərbaycan, ingilis, rus dili bacarıqları;
• Biznesin inkişafı, marketinq, PR və ya başqa əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
• Çox yaxşı kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma);
• Biznesin inkişafı və korporativ satış, marketinqlə bağlı biliklər;
• Peşəkar kommunikasiya bacarıqları;
• Nümunəvi şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Yüksək təqdimat və inandırma bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq;
• Yüksək səviyyəli analiz qabiliyyəti.
Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və işin tələblərinə uyğun olan şəxslə uğurlu müsahibədən sonra isə kandidat işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.

 “MƏN BU İŞİ BACARARAM!” və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zaman CV-nizi

[email protected]

ünvanına göndərin.

E-mailin “Subject” bölməsinə  “Biznesin inkişafı üzrə mütəxəssis” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 16 avqust 2013-cü il