Təlimçi

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 15.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 32 filialı fəaliyyət göstərməkdədir.

Namizədə tələblər:

1. Ən azı iki il bank və ya bank olmayan kredit təşkilatında kredit vermə sahəsində iş təcrübəsinin olması;
2. Ən azı bir il bank və ya bank olmayan kredit təşkilatında təlimçi kimi iş təcrübəsinin olması;
3. Dərs demə və öyrətmə bacarığının olması;
4. Məsuliyyətlilik və gördüyü işə görə cavabdeh olmağı bacarmaq;
5. Örnək ola bilmək;
6. Qarşı tərəfdə fikir dəyişə bilmək bacarığı;
7. Mükəmməl davranış, ünsiyyət, diqqətli olmaq və təlim bacarıqları;
8. Microsoft PowerPoint və Adobe Acrobat proqramlarında işləmək bacarığının olması;
9. Azərbaycan və rus dillərində sərbəst danışmaq bacarığı (ingilis dili bilənlərə üstünlük verilir);
10. Güclü təşkilati bacarıqlar.
11. Daima iş səfərlərinə getmək imkanının olması;
12. Sürücülük vəsiqəsinin olması;
13. Minimal yaş həddi: 28yaş;

İşin təsviri:

1. Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planını hazırlamaq (yeniləmək), təlim materiallarını hazırlamaq (razılaşdırmaq), şirkətdaxili təlimlər keçmək,təlimproqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək;
2. Şirkətin siyasət və proseduralarına dair kredit işçilərinin nəzəri və praktiki bacarıqlarının yüksəldilməsini təmin etmək məqsədi ilə işçi heyətinə birbaşa təlimlər keçmək;
3. Təlim materiallarının qiymətləndirilməsində rəhbərliyə yardım göstərmək, təlim üçün yeni materialların və testlərin hazırlanmasına dəstək olmaq;
4. Kredit işçilərinin təliminə və inkişaf tədbirlərinə dair hesabatlar hazırlamaq;
5. Təlimlərin keçirilməsini təmin etmək məqsədi ilə Filial Menecerləri, İR departamenti və İnzibati şöbə ilə əməkdaşlıq edərək təlimlərin təşkili və planlaşdırılmasını lazımı qaydada həyata keçirmək.

CV-lərinizi azərbaycan və ya rus dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə,

[email protected]

ünvanına göndərməyiniz xahiş olunur.