Tibb bacısı (əməliyyatxana)

İşin təsviri

İş ilə tanışlıq:

  • Göz əməliyyatlarında həkim və əməliyyatxana böyük tibb bacısının tapşırıqlarını yerinə yetirmək, 
  • Əməliyyat öncəsi lazımı alətləri əməliyyata qədər hazır etmək
  • Əməliyyat otağını komandadakı işçilərlə birlikdə düzgün tempraturda, düzgün təmizlikdə, düzgün qaydada və təminatlı olub olmamasını əməliyyata kimi yoxlamaq,
  • Əməliyyatda istifadə olunacaq alətlərin, cihazların işlək vəziyyətə gətirilməsi, alətlərin steril vəziyyətdə olmasının təmin edilməsi
  • Öyrədiləcək cihazlarla düzgün, dəqiq işləmək,
  • Şöbə ilə bağlı tələb olunan məlumatları dərhal və dəqiq rəhbər şəxslərə təqdim etmək,
  • Əməliyyata girəcək şəxsin məlumatlarının doğruluğunu yoxlamaq,
  • Şöbələr arası vacib məlumatların ötürülməsində operativ olmaq, şöbə ilə bağlı yenilikləri izləmək
  • Əməliyyatxana daxilində yazılması gərəkən sənədləri doldurmaq 
  • Baş tibb bacısının və  həkimlərin təlimatlarını dərhal və dəqiqlə yerinə yetirmək. 

Namizədlərə aid tələblər:

  • “Tibb bacısı” ixtisası üzrə məzun olmuş, sertifikasiyadan keçmiş (başqa ixtisas məzunlarının müraciəti dəyərləndirilməyəcək)
  • Tibb bacısı ixtisanın bütün incəliklərini bilən, dəqiq, məzuliyyətli və elastik iş saatlarına uyğunlaşa bilən, kollektivlə işləmə bacarığına malik,
  • Daha öncə göz sahəsində və əməliyyatxana təcrübəsi olmuş,
  • Yeni nəsil cihazlarla təlimçilərimiz tərəfindən öyrədildikdən sonra dəqiq və mükəmməl işləmə bacarığı
  • 25-40 yaş aralığında 
  • İş təcrübəsi 1-3 il (Göz sahəsində təcrübəsi olması mütləqdir) 
  • İş ciddiyətinə və disiplininə sahib
  • Motivasiyası yüksək
  • Elastik iş saatlarına uyğunlaşa bilən.
  • Xəstələrə nəzakət və nəvazişlə davranmaq
  • Komanda ilə işləmək bacarığı

Əlavə məlumatlar:

  • İş vaxtı həftənin 6 günü, İstirahət günü bazar günü  
  • Şirkət tərəfindən nahar yeməyi verilir
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə olunur
  • Əmək 500-700 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər CVlərini elektron ünvanına “Tibb bacısı” (əməliyyatxana) qeyd etməklə göndərə bilərlər.

Əlaqə nömrəsi 012 310 40 33, Günel Məmmədli

Yalnız şəkilli CV-lərinizi mail adresinə göndərməyiniz xahiş olunur.