Liflet üzrə Dizayner

İşin təsviri

İşin məqsədi: 

  • Hədəf auditoriyasına mesaj və ya konsepsiyanı effektiv şəkildə çatdıran vizual olaraq diqqət cəlb edən dizaynlar yaratmaq. Markanın mesajını çatdıran loqolar, şəkillər, illüstrasiyalar, infoqrafika və digər qrafik dizayn elementləri kimi müxtəlif vizual elementlərin dizaynına görə məsuliyyət daşımaq.

Vəzifə öhdəlikləri:

  • Liflet dizaynı vasitəsilə çatdırılmalı olan əsas mesajları, məqsədləri və hədəf auditoriyasını başa düşmək üçün daxili komandalar ilə əməkdaşlıq etmək.
  • Qrafik dizayn proqramları və vasitələrindən istifadə edərək liflet və ya broşürlərin hazırlanması üçün vizual cəhətdən cəlbedici və maraq oyadacaq dizaynlar yaratmaq.
  • Markanın identifikasiyası və təşkilatın marketinq məqsədlərinə uyğun olan innovativ və kreativ dizayn konsepsiyalarını işləyib hazırlamaq.
  • Lifletlərin oxunaqlılığını artırmaq və diqqəti cəlb etməsini təmin etməklə onların tərtibatını, tipoqrafiyasını, rəng sxemlərini və təsvirlərini müəyyən etmək.
  • Məzmunu tamamlamaq və arzuolunan mesajı effektiv şəkildə çatdırmaq üçün müvafiq qrafiklər, illüstrasiyalar və fotoşəkilləri seçmək və idarə etmək.
  • Ardıcıllığı saxlamaq və brend identifikasiyasını gücləndirmək məqsədilə loqolar, şüarlar və markanın rəngləri kimi marka elementlərini daxil etmək.
  • Dəqiqliyi, qrammatikanı və orfoqrafiyanın düzgünlüyünü təmin etmək üçün məzmunu yoxlamaq və nəzərdən keçirmək, lazımi düzəliş və təkmilləşdirmələr etmək.
  • Dizaynın çapa hazır olmasını və tələb olunan spesifikasiyalara cavab verməsini təmin etmək məqsədilə təchizatçılar və ya istehsal qrupları ilə əməkdaşlıq etmək.
  • Liflet dizaynlarına yeni və innovativ ideyalar gətirmək məqsədilə ən son dizayn tendensiyaları, vasitə və üsullar haqqında məlumatlı olmaq.
  • Birdən çox layihəni eyni vaxtda idarə etmək, son tarixlərə əməl etmək və yüksək keyfiyyətli dizaynların vaxtı-vaxtında çatdırılmasını təmin etmək.
  • Ehtiyac olduğu təqdirdə, digər dizayn komanda yoldaşlarına onların tapşırıqlarının icrası ilə bağlı dəstək olmaq.

Namizədə dair tələblər:

  • Marketinq, dizayn və yaxud müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi
  • Marketinq, incəsənət və dizayn sahəsində təcrübənin olması üstünlükdür.
  • Pərakəndə satış sahəsində təcrübənin olması üstünlükdür.
  • Kreativ marketinq aganetlikləri haqqında ümumi biliyin olması üstünlükdür.
  • Kreativ marka strategiyasının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təcrübə
  • Adobe Photoshop, Adobe Premier, Adobe After Effects, Corel Draw proqramları ilə iş təcrübəsi.
  • Orta səviyyədə İngilis dili biliyi üstünlükdür.
  • Yaradıcı olmaq.
  • Vaxtın idarə edilməsi bacarıqları.
  • Məhdud zaman çərçivəsində verilən tapşırığı yerinə yetirmə bacarığı.
  • Güclü təşkilatçılıq və problem həlletmə bacarıqları.

Maraqlanan namizədlər email ünvanına “Liflet üzrə dizayner” başlığı ilə müraciət edə bilər. Müraciətə yenilənmiş CV və Portfolio mütləq şəkildə əlavə olunmalıdır.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.