Qeydiyyatçı (Kredit Departamenti)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Ali təhsil;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönəldilməsini təmin etmək;
  • Müştəri və qonaqların qarşılanması, onlara zəruri məlumat xidmətinin göstərilməsini təmin etmək;
  • Daxil olan sənədlərin, ərizə və şikayətlərin qəbulu, qeydiyyata alınması, araşdırılaraq aidiyyatı üzrə çatdırılması və eləcə də qorunmasının həyata keçirilməsini təmin etmək;
  • Sənədlərin müvafiq struktur bölmələrindən qəbul edilməsi və aidiyyatı üzrə göndərilməsini təmin etmək;
  • Ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyatı üzrə çatdırılmasını təmin etmək;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılması, işlərin sistemləşdirilməsi və qeydiyyatını təmin etmək;
  • Qəbul olunmuş qərarların lazımı qaydada rəsmiləşdirilməsi və aidiyyatı əməkdaşlara elektron poçt vasitəsilə göndərilməsini təmin etmək;
  • Vəzifələrinin icrası üçün daim çalışqanlıq göstərmək və yüksək səviyyədə yazılı və şifahi əkildə ünsiyyət quraraq şirkət daxilində kommunikasiya axınını təmin etmək;
  • Məxfiliyinin daim qorunmasını təmin etmək;

Müvafiq tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi