PR / Marketinq Mütəxəssisi

  • Gabaland
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Press-reliz, elanlar, sosial media paylaşımları üçü mətnlərin yazılması;
  • Sosial media marketinqi: Sosial media strategiyasının hazırlanması və icrası;
  • Marketinq komunikasiyalarında istifadə edilməsi üçün məzmunların idarə edilməsi (foto-video, çap materialları və s.);
  • KİV, müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflərlə kommunikasiyanın qurulması və idarə edilməsi. Daxil olan informasiya sorğularının cavablandırlması, info-turların, müsahibələrin, brifinqlər və kommunikasiya ilə bağlı tədbirlərin təşkil olunması;
  • Sponsorluq və KSM layihələrinin koordinasiyası;
  • Departamentin ümumi fəaliyyəti ilə əlaqədar bu siyahıda qeyd olunmayan digər tapşırıqlar.

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan dilini PEŞƏKAR, İngilis dilini əla səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür;
  • Sosial media marketinqi haqqında yüksək səviyyədə məlumatlı olmaq;
  • Sosial media səviyyəsində foto/video məzmunları yaratmaq bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, təqdimat bacarığı;
  • Jurnalistika, kommunikasiya, filologiya sahəsində bakalavr təhsili;
  • Planlı, dəqiq və punktual olmaq; 
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Layihələrin idaerə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Seçim prosesinin mərhələləri:

  • CV və Motivasiya məktubunun göndəriməsi;
  • Qısa yazılı tapşırıq;
  • Müsahibə.

İş yeri Qəbələdə yerləşir.

Bu vakansiya ilə maraqlanan namizədlərdən öz motivasiya məktubu və CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.