Təsərrüfat üzrə supervayzer (Təmizlik supervayzeri)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Restoran işçilərini yoxlayır, təlimatlandırır
  • Restoran işçilərinin iş qrafiklərini idarə edilməsində dəstək olur
  • Müvafiq gigiyena və sanitariya normalarına riayət olunduğunu müəyyənləşdirmək üçün restoran mətbəxində müntəzəm olaraq yoxlamalar aparır
  • Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak edir
  • Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət edir
  • Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət edir
  • Bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət edir
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət edir
  • İnventarın monitorinqini, bütün ərzaq məhsullarının və digər restoran ehtiyaclarının lazımi qədər doldurulmasını təmin etdir
  • Restoranın nağd pul axınının izlənməsi və ödənilməmiş borcların ödənilməsinə nəzarət edir
  • Müştəri xidmətini yaxşılaşdırma yollarını inkişaf etdirmək və həyata keçirmək üçün müştəri sorğularını nəzərdən keçirdir
  • Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
  • Retoranın və bütün obyektin təmizlənməsinə nəzarət edilməsi;
  • Daxil olan şikayətlər ilə əyani olaraq tanış olmaq və dərhal yaranmış problemin aradan qaldırılması;
  • Müntəzəm olaraq bütün obyektin təmizliyinin yoxlanması və təmizlik işçilərinin işinə nəzarət edilməsi;
  • Təmizlik maddələri və materialları anbarına nəzarət edilməsi;
  • Aşkar olunan çatışmamazlıqlar barədə rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
  • Təmizlik maddələri və materiallarının qənaətlə və düzgün istifadə edilməsinə nəzarət edilməsi;
  • Yeni gələn təmizlik işçilərinə formanın təhvil verilməsinə nəzarət edilməsi;
  • Müştəri şikayətlərinin peşəkar şəkildə həll edilməsini təmin edir
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Hüquqlar:

  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə Restoran menecerinə məlumat vermək
  • Vəzifəsinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək
  • Rəhbərlik tərəfindən zəruri tövsiyələr almaq
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək
  • Şirkətin vəzifəsi çərçivəsində restorana aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək