Direktor assistenti

  • Elanın qoyulma tarixi: 28.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yeni yaranan şirkətə (sosial yönümlü fəaliyyət) aşağıdakı kriteriyalara uyğun işçi axtarılır.

Vəzifə: Direktor assistenti 

Yaş həddi: 20-30 (xanım namizədlər uyğun hesab edilir)

İş yeri: Bakı, Badamdar Estates

Əmək haqqı: 600-1000 manat

Vəzifə üzrə tələblər:

  • Ali Təhsil;
  • Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi;
  • Sosial media üçün kontentin hazırlanması;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan (mükəmməl), Rus (əla - danışıq), İngilis (arzu olunandır);
  • Təşkilatçılıq bacarıqları
  • Yenilikçi və inkişafa meylli olmalı;
  • Problem həll etmə bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
  • Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
  • Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
  • İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
  • Şirkətin direktorunun gündəliyinin hazırlanması, saxlanması;
  • Sosial media hesablarının idarə edilməsi

İş haqqında məlumat:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • İş rejimi: 5 günlük, saat 09.00-18.00

Seçim prosesi:

Müraciətin son tarixi 10.06.2023-cü ildir. Müraciətlər yalnız son tarixdən əvvəl qəbul olunacaq. Bütün müraciətlər gizli saxlanacaq və yalnız namizədlər ilə əlaqə saxlanılacaq. Seçim prosesi CV-nin nəzərdən keçirilməsi, telefon müsahibəsi və şəxsi müsahibələrdən ibarət olacaq.

Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu bölməsində “Direktor assistenti” qeyd edərək CV-ni göndərə bilərlər.

Müraciət edən bütün şəxslərə təşəkkür edirik, lakin yalnız seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq. Bizim ilə maraqlandığınız üçün təşəkkür edirik və sizə uğurlar arzulayırıq.