Kiber Təhlükəsizliyi üzrə SOC L2 Mütəxəssisi

  • Azericard
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi insidentlərin yayılmasının qarşısının alınması, fəsadların azaldma və bərpası üzrə cavabvermə addımların heyata keçirilməsi.
  • İnformasiya təhlükəsizliyi insidentlərə cavabvermə zamanı sifarişçilərlə kommunikasiyaların aparılması
  • “Security Operatio Center - SOC ” kontentinin (korrelyasiya və normalizasiya sazlamaları, insidentlərin aşkarlama ssenariləri, insidentlərə cavabvermə planları, o cümlədən “playbook”-lar) yaradılmasında iştirak
  • İnformasiya təhlükəsizliyi insidentlərinin təhqiqatı, o cümlədən:
    1. “RAM” yaddaşının “dump”-ların, şəbəkə trafikinin, disk “image”-ların, əməliyyat sistemləri - ƏS, proqram-texniki mühafizə vasitələrin hadisə jurnalların çıxarılması və analizi.
    2. Komprometasiya indikatorların toplanması (‘IOC”) üzrə zərər-verici proqram təminatının təhlili
    3. Görülmüş işlər üsrə hesabatların və tövsiyyələrin hazırlanması
  • İnformasiya təhlükəsizliyi insidentlərinin cavablandırma çərçivəsində SOC-un digər mütəxəssilərilə birgə işlərin aparılması
  • Analitik işlər və hesabatlıq

Vəzifəyə olan tələblər:

  • Ali texniki təhsil;
  • Müxtəlif mənbələrdən məlumatların emalı və analizi bacarıqları
  • Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazaların təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər
  • Müasir kiber hücüm metodları, vasitələri və texnologiyaları, aktual informasiya təhlükəsizliyinə təhdidləri və mühafizə vasitələri üzrə biliklər
  • İnformasiya təhlükəsizliyi insidentlərinin cavabvermə prinsipləri üzrə biliklər.
  • Windows və Linux ƏS-in hadisə jurnalları ilə iş təcrübəsi
  • Zərər-verici proqram təminatının təhlilin əsasları üzrə biliklər
  • Loqların toplama və korrelyasiya sistemləri (məsələn SIEM) üzrə iş təcrübəsi və biliklər
  • Şəbəkə protokollar və şəbəkə trafikinin analizi üzrə biliklər və təcrübə
  • Əsas infrastruktur servislərinin (AD, DNS, DHCP, virtualisaziya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər.
  • Verilənlər bazaların idarəetmə sistemləri (Oracle, Postgres, MS SQL) üzrə biliklər 
  • Məsuliyyətli təşəbbüskarlıq, nəticə yönümlülük, komanda işi bacarıqları.
  • Texniki sənədlərin təhlil bacarıqları
  • Yeni informasiya təhlükəsizliyi həlləri üzrə biliklərin artırma və professional inkşaf istəyi.
  • Unix və Microsoft Windows infrastrukturunun inzibatçılığı və biliklər arzuolunandır.
  • Şəbəkə və ya xost informasiya mühafizə vasitələri üzrə biliklər və/və ya iş təcrübəsi arzuolunandır
  • Proqramlaşdırma bilikləri və/və ya iş təcrübəsi (Python, Powershell, Bash) arzuolunandır
  • Kompüter kriminalistika, şəbəkə trafikinin analizi vasitələrilə iş təcrübəsi arzuolunandır
  • “YARA”-siqnaturaların yazılma təcrübəsi arzuolunandır
  • Xidmət göstərilməsi üzrə işlərin təşkili və ya işlərində iştirak təcrübəsi arzuolunandır

Namizədlərdən CV-lərini “İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin dəstəyi üzrə mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi