Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;  
  • Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;  
  • Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;  
  • Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
  • Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirmək
  • Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;

Tələblər:

  • AR vətəndaşlığı; 
  • Ali təhsil; (Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil)
  • 24-32 yaş; 
  • Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  •  Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2500 AZN 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.