Telemarketinq üzrə kiçik mütəxəssis (Avtomobil sahəsində)

  • City Finance BOKT
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığında gənclər;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət  və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Telemarketinq üzrə kiçik mütəxəssis nə iş görür?

  • Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək;
  • Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
  • Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 345 AZN (Gross) + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Telemarketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.