Direktor köməkçisi

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə, təsərrüfat və təchizat üzrə işlərin həyata keçirməsi üçün direktora rəylər təqdim etmək;
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Direktora lazım olan məlumatları Şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;              
  • Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək.
  • Daxil olan telefon zənglərinə cavab vermək;
  • Direktorun gündəlik tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Yalnız xanım namizədlər;
  • İnzibati sahədə iş təcrübəsi - 1 il;
  • Səlis Azərbaycan, İngilis və Rus dillərin biliyi;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət;
  • Əmək haqqı: 1000 AZN-dən başlayaraq;
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D.

Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu bölməsində Direktor köməkçisi qeyd edərək CV-ni göndərə bilərlər.

İşəgötürənin reytinqi