Qonaq qəbulu üzrə agent

İşin təsviri

Ünvan: Mikail Useynov küç 51

İşin təsviri:

  • Qonaqları qarşılamaq, otaqları müəyyən etmək,açarları təqdim etmək,qonaqların ödənişlərini və ödəniş haqqında məlumatları toplamaq.
  • Qonaqların müraciətlərinə cavab vermək və onların tələblərini qarşılamaq üçün Təsərrüfat, Mühəndislik və s. koordinasiya  etmək.
  • Onlar qonaqları hotelin təqdim etdiyi xidmətlərdən istifadə etmək imkanı ilə təmin edir, otağa edilən yemək sifarişlərini yönləndirir, məktub,faks və bağlamaların vaxtında çatdırılmasını təmin edir.
  • Qonaqlara nəqliyyat, restoran və ya əyləncə rezervasiyaları ilə yardım etmək və digər məlumatları təqdim etmək.
  • Qonaqların hoteli tərk etdiyi zaman onların yekun fakturasını hesablamaq və ödənişləri toplamaq.
  • Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
  • Müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmək. 
  • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq.
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən müntəzəm olaraq yoxlamaq.
  • Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Qeydiyyat üzrə agent kimi 1 ilə qədər iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Guest Services Agent” qeyd edərək CV-lərini elektron ünvanına 25.06.2023-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.