Restoran Direktoru

  • Baku Food Company
  • Elanın qoyulma tarixi: 10.07.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №09JS/13
 

“Al Chicken” restoranı qısa vaxt ərzində sevilən və xidmət keyfiyyəti ilə seçilən bir restorana çevrilmişdir. Buna görə biz restoranımıza öz karyerasını yüksəltmək arzusunda olan enerjili və çalışqan insanlar üçün fürsət yaradırıq.
 “Al Chicken” restoranı öz şəbəkəsini artırmaq məqsədilə Kürdəmir şəhəri ərazisində yeni restoranını açmağı planlaşdırır. Bu məqsədlə biz  Restoran Direktoru  vəzifəsinə işçi axtarışı elan edirik.

Restoran Direktorunun vəzifə öhdəlikləri:

• Satışları artırmaq üçün fəaliyyət planını, eləcə də restoranın gəlirini artıqmaq üçün müxtəlif marketinq tətbirləri həyata keçiritməli;
• Bütün maliyyə prosedurlarına və inzibati prosedurlara davamlı şəkildə əməl etməli və uyğunsuzluqları araşdırmalı;
• İş cədvəlləri və digər sənədlər hazırlamalı;
• Şirkətin bütün standartlarını və restoranın gigiyenasını qorumalı;
• Müştərilərə xidmət göstərməklə bağlı problemləri həll etməli;
• İşçi seçimlərində yaxından iştirak etməli, bütün işçiləri öyrətməli və onların peşəkarlığını daim inkişaf etdirməli;
• Təhlükəsizlik, əməyin mühafizəsi və gida gigiyenası qaydalarına ciddi riayət etməli, bu sahələrlə bağlı uyğunsuzluqları durmadan aradan qaldırmalı.

Vəzifəyə minimum tələblər:

• Orta ixtisaslaşdırılmış təhsil və ya ali təhsil;
• Ümumi iaşə sahəsində, eləcə də restoran və mehmanxana biznesində ən azı 3 il iş təcrübəsi;
• Rus və Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. İngilis dilini bilmək arzuolunandır;
• Yaxşı kompüter biliyi;
• Əla ünsiyyət bacarığı, daim xoş əhval-ruhiyyə;
• Komandanı yaratmaq bacarığı və liderlilik keyfiyyətləri.
Aylıq əmək haqqı 1,000 - 2,000 manat arası nəzərdə tutulur, üstəgəl əlavə mənzil haqqı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 11 avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№09JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 

Baku Food Company tərəfindən digər vakansiyalar