İnsan Resursları üzrə Mütəxəssis

  • Odontos LTD
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə verilən tələblər:

  • Təhsil: İnsan resursları və ya Biznes idarəçiliyi sahəsi üzrə ali təhsil;
  • Təcrübə: 3-5 il;
  • Dil : Azərbaycan dili (səlis), İngilis dili (yaxşı);
  • Kompüter bilikləri: MS ofis proqramları;
  • Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı;
  • Başqa tələblər: Əmək məcəlləsi;
  • Güclü ünsiyyət bacarığı, enerjili və çevik;
  • Dəqiqliyə və detallara diqqət etmək bacarığı;

İş haqqında məlumat:

  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılmasına dair təkliflər hazırlayır;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir;
  • Qərar və əmrlərin sənədləşməsini təmin edir;
  • Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
  • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir;
  • İş qrafiki – 6 günlük iş rejimi (Şənbə - qısa iş günü), Bazar – istirahət günü ;
  • Əmək haqqı: 900 – 1000 azn

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur.

Odontos LTD tərəfindən digər vakansiyalar