Satınalma üzrə menecer

  • Binə Agro
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri nədən ibarətdir?

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə.
  • Malların vaxtında çatdırılması və Şirkət çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək, habelə onların icrasını təmin etmək.
  • Şirkətin gəlir mərkəzlərinin inventar dəyərlərində hər hansı müsbət və ya neqativ dəyişikliklərin bölüşdürülməsini Mühasibatlıq şöbəsi ilə koordinasiya etmək.
  • İnventar ehtiyatlarının izafi alışı və ya istehlakı haqqında şöbələrə birbaşa xəbər vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək.
  • Statistik məlumatlar və xərclər planını təqdim etməklə, bütün proqnoz və biznes planı üzrə fəaliyyətlərə yardım etmək.
  • Müxtəlif departament rəhbərlərindən bütün məhsulların və tədarüklərin spesifikasiyalarını əldə etmək və koordinasiya etmək, habelə bazar siyahıları ilə onların sənədlərini aparmaq.
  • Şirkətdə fəaliyyət göstərən hər bir şöbənin tələblərə, habelə müəyyən edilmiş standartlara müvafiq olaraq ən sərfəli qiymətlərlə mal və xidmətləri əldə etməsini təmin etmək.
  • Mərkəzi Ofisin və şirkətin bütün siyasətləri, prosedurları və minimal standartlarına riayət edilməsini təmin etmək.
  • Bütün yazışmaları, danışıqları və təchizat prosesini prosedurlara uyğun aparmaq.
  • Kataloqlar, qiymətlərə dair istinad məlumatlarının kitabxanasını aparmaq və satınalmalar üzrə arxiv sənədlərini qoruyub saxlamaq. Tədarük sorğuları və müvafiq sənədlər ilə birgə təchizatçıların ümumi sənədlərini qoruyub saxlamaq.
  • Şirkətin rəhbərliyi səviyyəsində keçirilən və digər şöbədaxili iclaslarda iştirak edərək rəhbər və işçiləri bazar tendensiyaları və müxtəlif təchizat proseslərinin statusu ilə tanış etmək.

Tələblər:   

  • Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil 
  • Kənd təsərrüfatı, istixana və ya bənzər sahə üzrə 2 ildən az olmayaraq iş təcrübəsi
  • MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti; 
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus arzuolunandır 

İş şəraiti:

  • 6 günlük iş qrafiki.
  • İş vaxtı 9.00-dan 18.00-dək  
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə  
  • Əmək haqqı 1200-1300 AZN 

Uyğun namizədlər CV-lərinizi mail ünvanına göndərin.