İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Daxil olan sorğular üçün təhdidlərin xarakterini, məlumat mənbələrini müəyyənləşdirmək;
- “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək;
- Məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək;
- Yeni IOC müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək;
- Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat hazırlamaq;
- Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək;
- Hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
Tələb və bacarıqlar:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
- Microsoft Office proqramları;
- İngilis dili biliyi (texniki səviyyədə yaxşı);
- Güclü analitik və səbəbli analiz bacarıqları;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
- Jurnal formatları üzrə biliklər;
- Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış;
- Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə;
- Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması;
İş haqqında məlumat:
- 5 günlük iş rejimi
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Kibertəhlükələrin analizi üzrə mütəxəssis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 10.06.2023.