Tender üzrə mütəxəssis

  • Azdizayn Group
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Azərbaycan və rus dilini bilməsi;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Tikinti sahəsi barədə məlumatlı olması;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
  • Problemləri həll etmək bacarığına malik olmaq;

İş haqqında məlumat:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq

 İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;

Vakansiyaya müraciət üçün CV-ləri “Tender üzrə mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.