Satınalma üzrə baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
  • Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
  • Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
  • Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
  • Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanmasını təmin etmək;
  • Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarını təqdim etmək;
  • Xərclərin azaldılması məqsədilə yeni təkliflər vermək;
  • Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
  • Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
  • Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
  • Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Yaş həddi: 25-45
  • Təhsil : Ali texniki
  • İş təcrübəsi: Müvafiq sahədə 3 il 
  • Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə; 
  • Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
  • Tender satınalma təchizat portalında işləmək bacarığı;
  • Tender layihələrində iştirak;

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və səriştələr:

  • İntizamlılıq, dəqiqlik 
  • Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
  • Operativlik, çeviklik;
  • Təşkilatçılıq və koordinasiya etmə bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
  • Servis müəssisə tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.