UX/UI Dizayner

  • Qafqaz NET LLC
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
  • Ən azı 1 il UX/UI üzrə iş təcrübəsi;
  • Rus və inglis dilin biliyi;
  • Kompüter  bacarıqları: Figma proqramında sərbəst şəkildə işləmək, prototip qurmaq, gridlər qurmaq və komponentlərlə işləmə bacarığı, Adobe proqramlarını istifadə edə bilmək üstünlükdür (Adobe Photoshop, Adobe İllustrator, Adobe After Effects);
  • Slack və Jira vasitəsi ilə kommunikasıya;
  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı;
  • Müstəqil işləmə bacarığı;
  • Vaxtın səmərəli idarəolunması bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

Vəzifə öhdəlikləri:

  • Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlamaq;
  • UI KIT-lərlə işləmə üzrə təcrübə və Dashboard-ların çəkilməsi üzrə təcrübə;
  • Tapşırıqların təhlilində iştirak və istifadəçi ssenarilərinin hazırlanmasını təmin etmək;
  • Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn - prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanmasını həyata keçirmək;
  • İnterfeys üslubu təlimatının (UI təlimatı) inkişaf etdirmək və saxlamaq;
  • İnterfeyslər üçün test skriptlərinin hazırlamaq, praktikliyini sınamaq;
  • Müştəri  şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeysləri hazırlamaq;
  • Marketinq şöbəsi əməkdaşları ilə əməkdaşlıq edərək, rəqəmsal istifadə üçün əlverişli interfeysi təhvil vermək; 
  • Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq;
  • Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və  müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək.

İş yeri: Bakı şəhəri.

İş rejimi: 5 günlük.

İş vaxtı: 09:00-18:00.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “UX/UI Dizayner” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.