Sistem Administratoru

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 20.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Active Directory Domain Services;  Active Directory Trusts bilməli;
  • Failover Clustering bilməli;
  • Microsoft Exchange Server 2013/2016/2019 bilməli;
  • Cisco HyperFlex Servers (HyperConverged infrastructure) bilməli;
  • File Server Resources Manager(FSRM) bilməli;
  • Database Availability Group(DAG) bilməli;
  • DNS,  DHCP bilməlidir

Vəzifə Öhdəlikləri: 

  • Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN; Xərclərin və yerlərinin yoxlanılması;
  • Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
  • Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
  • Şəbəkə avadanlıqlarının idarə edilməsi;
  • İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi;
  • Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi,
  • Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi;
  • Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması;
  • Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;
  • Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. 
  • İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem administratoru” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi