Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • Agentlikdə mühasibat uçotunun və hesabatlığın təşkili, illik xərc smetasının, maliyyə hesabatlarının MHBS-na uyğun hazırlanması prosesinə rəhbərlik edir;
  • Şöbənin əməkdaşları arasında vəzifə və iş bölgüsü aparır;
  • Şöbə əməkdaşlarına verilən tapşırıqların uğurlu icrası üçün lazımi şəraiti yaradır;
  • Şöbə əməkdaşları tərəfindən vəzifələrinin icrasına nəzarət edir;
  • Şöbə daxilində işçi qrupları yaradır;
  • Şöbənin əməkdaşları üçün məcburi olan göstərişlər verir;
  • Rəhbərliyin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsi ilə nəzərdə tutulmuş digər vəzifə və hüquqları həyata keçirir.

Tələblər:

  • Ali iqtisadi təhsil və baş mühasib (baş maliyyə inzibatçısı) vəzifəsində ən azı 3 illik iş stajı;
  • Peşəkar mühasib sertifikatı;
  • MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi (1C (8.3 UPP) proqramı üzrə təcrübə arzuolunandır);
  • Mühasibat uçotu və MHBS üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri  arzuolunandır;
  • İdarəetmə və komandada işləmə bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Baş mühasib) qeyd etməniz tələb olunur. 

Vakansiya üzrə müraciətin son tarix: 11 iyun 2023-cü il.