Katibə-referent

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 17.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • ali təhsil
  • 1 il katibə-referent sahəsində iş təcrübəsi 
  • xanım namizəd, yaş həddi  25 - 30
  • xoş xarici görünüş
  • Azərbaycan dilində səlis danışmalı  
  • ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli 
  • ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks) 
  • işgüzar münasibət etikasını bilməli 
  • işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı 
  • təşkilatçılıq bacarığı 
  • sənədləşmə işinin aparılması bacarığı 

Vəzifə öhdəlikləri:

  • daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
  • telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
  • rəhbərliyin qonaqlarını qarşılayır;
  • rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir;
  • daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
  • baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
  • kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
  • rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
  • qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
  • rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; 
  • rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
  • rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik. 

İşəgötürənin reytinqi