Sual 1

Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək, nazik bağırsaq, göz korneası və ilik  transplantasiyası həyata keçirilir.

Bu gün təxminən 1 milyon insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

Ürək köçürülməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürülməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.

Adətən 35 yaşdan yuxarı şəxslərin ürəkləri donor kimi istifadə olunmur. Bu transplantasiya prosesi zamanı donor və xəstə arasında hüceyrələrin uyğunluğu vacib şərtdir. Həmçinin, hər iki şəxsin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması əsasdır. Çünki donorun ürəyi xəstənin ürək boşluğuna yerləşməlidir.

Ürəyin donordan xəstəyə daşınması zamanı orqan -4 dərəcə temperaturda saxlanılmalıdır. Xəstə əməliyyatdan təxminən 6 saat sonra özünə gəlib danışa bilir. Əməliyyatdan sonrakı 2-3 ay ərzində orqanizm yeni ürəyi israrla rədd etməyə çalışır, lakin çox zaman bunun qarşısını almaq üçün istifadə olunan dərmanlar effektiv olur. Bu dövrdə bədən xəstəliklərə qarşı daha həssas olduğu üçün xəstənin saxlanma şəraiti xüsusi steril vəziyyətdə olmalıdır. Əməliyyatdan sonrakı 1 il problem yaşamayan xəstələr normal həyata qayıdır.

Mətndəki məlumatlara əsasən orqan transplantasiyası əməliyyatları üçün ümumi cəhət hesab oluna bilər:

  • Texniki cəhətdən çətin olmaları
  • Orqanın daşınma şəraitinə sərt tələblərin olması
  • Donorun insan olması
  • Bahalı olmaları
  • Donor və xəstənin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması şərti

İZAH:

  • Ən azından ürək transplantasiyası texniki cəhətdən çətin deyil (bax, 2-ci abzas)
  • Ən bahalısı qeyd olunub, hamısının bahalı olması barədə mətndə məlumat yoxdur
  • Yalnız ürək nəqli üçün vurğulanıb, digərləri üçün belə məlumat yoxdur (reallıqda da şərt deyil, məsələn, ilik transplantasiyası zamanı)
  • Yalnız ürək nəqli üçün vurğulanıb, digərləri üçün belə məlumat yoxdur

Düzgün cavab: Donorun insan olması

Sual 2

Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək, nazik bağırsaq, göz korneası və ilik  transplantasiyası həyata keçirilir.

Bu gün təxminən 1 milyon insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

Ürək köçürülməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürülməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.

Adətən 35 yaşdan yuxarı şəxslərin ürəkləri donor kimi istifadə olunmur. Bu transplantasiya prosesi zamanı donor və xəstə arasında hüceyrələrin uyğunluğu vacib şərtdir. Həmçinin, hər iki şəxsin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması əsasdır. Çünki donorun ürəyi xəstənin ürək boşluğuna yerləşməlidir.

Ürəyin donordan xəstəyə daşınması zamanı orqan -4 dərəcə temperaturda saxlanılmalıdır. Xəstə əməliyyatdan təxminən 6 saat sonra özünə gəlib danışa bilir. Əməliyyatdan sonrakı 2-3 ay ərzində orqanizm yeni ürəyi israrla rədd etməyə çalışır, lakin çox zaman bunun qarşısını almaq üçün istifadə olunan dərmanlar effektiv olur. Bu dövrdə bədən xəstəliklərə qarşı daha həssas olduğu üçün xəstənin saxlanma şəraiti xüsusi steril vəziyyətdə olmalıdır. Əməliyyatdan sonrakı 1 il problem yaşamayan xəstələr normal həyata qayıdır.

Mətndə aşağıdakılardan hansına cavab yoxdur?

  1. Kimlərə ürək transplantasiya olunmur?
  2. Orqan köçürülməsi əməliyyatları içində ən ucuz başa gələni hansıdır?
  3. Ürək transplantasiyası əməliyyatı neçə saat çəkir?
  4. Ürək transplantasiyası sonrası reabilitasiya müddəti nə qədərdir?
  5. Ürək köçürülmüş xəstənin əməliyyatdan sonra hansı müddətdə dərman qəbul etməsi labüddür?

2, 3

3, 5

1, 2, 5

1, 3, 4

2, 4

İZAH:

  1. Xərçəng və şəkər xəstələrinə
  2. Ən bahalısı ürək nəqlidir, ən ucuzu qeyd olunmayıb
  3. Qeyd olunmayıb (6 saat sonra danışa bilir)
  4. 1 il (sonuncu cümlə)
  5. 2-3 ay (əks halda orqanizm ürəyi rədd edəcək)

Düzgün cavab: 2, 3

Sual 3

Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək, nazik bağırsaq, göz korneası və ilik  transplantasiyası həyata keçirilir.

Bu gün təxminən 1 milyon insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

Ürək köçürülməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürülməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.

Adətən 35 yaşdan yuxarı şəxslərin ürəkləri donor kimi istifadə olunmur. Bu transplantasiya prosesi zamanı donor və xəstə arasında hüceyrələrin uyğunluğu vacib şərtdir. Həmçinin, hər iki şəxsin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması əsasdır. Çünki donorun ürəyi xəstənin ürək boşluğuna yerləşməlidir.

Ürəyin donordan xəstəyə daşınması zamanı orqan -4 dərəcə temperaturda saxlanılmalıdır. Xəstə əməliyyatdan təxminən 6 saat sonra özünə gəlib danışa bilir. Əməliyyatdan sonrakı 2-3 ay ərzində orqanizm yeni ürəyi israrla rədd etməyə çalışır, lakin çox zaman bunun qarşısını almaq üçün istifadə olunan dərmanlar effektiv olur. Bu dövrdə bədən xəstəliklərə qarşı daha həssas olduğu üçün xəstənin saxlanma şəraiti xüsusi steril vəziyyətdə olmalıdır. Əməliyyatdan sonrakı 1 il problem yaşamayan xəstələr normal həyata qayıdır.

Mətnə görə ürək transplantasiyası əməliyyatının icrasına maneə hesab oluna bilər:

  1. Xəstə və donorun fərqli cinsin nümayəndələri olması
  2. Orqan köçürüləcək şəxsin 45 yaşlı şəkər xəstəsi olması
  3. Ürəyin donordan götürülməsi və xəstəyə köçürülməsi əməliyyatlarının müxtəlif günlərə təsadüf etməsi
  4. Ürək köçürüləcək şəxsin xəstəliklərə qarşı həssas olması
  5. Donorun beyin ölümü keçirmiş gənc olması

İZAH

  • “Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.”, yaş vurğulanmır (yəni, istənilən yaşda). Yaşın verilməsində məqsəd namizədin 3 cü abzasdakı 1ci cümlədə verilmiş məlumatla bu məlumatı fərqləndirə bilməsini yoxlamaqdır.
  • “....beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür.” Yəni beyin ölümü keçirmiş gənc ürək donoru ola bilər.
  • Mətndə məlumat yoxdur, deməli istisna olunmur.
  • Mətndə məlumat yoxdur, deməli istisna olunmur. “Xəstəliklərə qarşı həssaslıq” ifadəsi sonuncu abzasda istifadə olunsa da, tam fərqli informasiya vermək üçün istifadə olunub.
  • Mətndə mütləq şəkildə əməliyyatın eyni gündə keçirilməli olduğu qeyd olunmayıb. (reallıqda əməliyyat 4 saat ərzində icra olunmalıdır, lakin bu halda belə əməliyyatın icra olunma saatına görə donordan ürəyin götürülməsi ilə resipiyentə nəql olunması fərqli təqvim günlərinə təsadüf edə bilər (məsələn, saat22.00-2.00)).

Düzgün cavab: Orqan köçürüləcək şəxsin 45 yaşlı şəkər xəstəsi olması

Sual 4

Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək, nazik bağırsaq, göz korneası və ilik  transplantasiyası həyata keçirilir.

Bu gün təxminən 1 milyon insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

Ürək köçürülməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürülməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.

Adətən 35 yaşdan yuxarı şəxslərin ürəkləri donor kimi istifadə olunmur. Bu transplantasiya prosesi zamanı donor və xəstə arasında hüceyrələrin uyğunluğu vacib şərtdir. Həmçinin, hər iki şəxsin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması əsasdır. Çünki donorun ürəyi xəstənin ürək boşluğuna yerləşməlidir.

Ürəyin donordan xəstəyə daşınması zamanı orqan -4 dərəcə temperaturda saxlanılmalıdır. Xəstə əməliyyatdan təxminən 6 saat sonra özünə gəlib danışa bilir. Əməliyyatdan sonrakı 2-3 ay ərzində orqanizm yeni ürəyi israrla rədd etməyə çalışır, lakin çox zaman bunun qarşısını almaq üçün istifadə olunan dərmanlar effektiv olur. Bu dövrdə bədən xəstəliklərə qarşı daha həssas olduğu üçün xəstənin saxlanma şəraiti xüsusi steril vəziyyətdə olmalıdır. Əməliyyatdan sonrakı 1 il problem yaşamayan xəstələr normal həyata qayıdır.

Mətnə aşağıdakılardan hansı əlavə olunsa, mətndə verilənlərlə ziddiyyət təşkil edər?

  1. Ürək köçürülmüş xəstələrin yarıdan çoxu əməliyyatdan sonra ən az 10 il yaşayıb.
  2. 18 yaşından aşağı şəxslər ancaq sümük iliyi donoru ola bilərlər.
  3. İlk uğurlu ürəkköçürmə əməliyyatı 1967-ci ildə CAR-da icra olunub.
  4. Donor ürək 4-6 saat ərzində transplantasiya olunmalıdır.
  5. Hər il minlərlə insana dalaq, yüzlərlə insana ürək köçürülür.

İZAH:

Ən çox həyata keçirilən orqan transplantasiyası  əməliyyatları arasında ürək transplantasiyası  qeyd olunub, dalaq transplantasiyası  qeyd olunmayıb, Deməli ürək transplantasiyası  dalaq transplantasiyasından daha çox həyata keçirilir. Uyğun olaraq bu cümlənin mətnə əlavə olunması oradakı digər məlumatla ziddiyyət təşkil etmiş olacaq.

Digər variantları mətnin müxtəlif hissələrinə əlavə oluna bilər, artıq, fərqli informasiya vermiş olacaq, heç bir ziddiyyət təşkil etməz.

Düzgün cavab: Hər il minlərlə insana dalaq, yüzlərlə insana ürək köçürülür.

Sual 5

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizi hövzəsində cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan nərə balıqlarıdır. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Burada 6 növ nərə cinsli balığa rast gəlinir: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə. Onların hamısı endemik balıqlardır.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatmışdı. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi illik həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Xəzər dənizində nərəkimilərin də ehtiyatı son dövrlər kəskin azalmışdır və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsi əsasən brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi kimi amillərlə bağlıdır.

Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün Xəzəryanı ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu, demək olar ki, 99% həmin zavodların fəaliyyəti hesabınadır.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümuməhatəli beştərəfli saziş imzalanmışdır. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Mətndə nərə balıqlarının sayının azalmasının səbəbi kimi göstərilmişdir:

  1. nərələrin qeyri-qanuni ovlanması
  2. Xəzərdə suyun səviyyəsinin qalxması
  3. Xəzərə tökülən iri çaylarda bəndlərin salınması
  4. Xəzər dənizinin çirkləndirilməsi
  5. yırtıcı su məməlilərinin sayının artması

1, 2, 5

2, 3, 5

1, 4, 5

1, 3, 4

2, 3, 4

İZAH:

“Nərələrin ehtiyatının kəskin aşağı düşməsi brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi kimi amillərlə bağlıdır”.

Düzgün cavab: 1, 3, 4

Sual 6

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizi hövzəsində cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan nərə balıqlarıdır. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Burada 6 növ nərə cinsli balığa rast gəlinir: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə. Onların hamısı endemik balıqlardır.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatmışdı. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi illik həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Xəzər dənizində nərəkimilərin də ehtiyatı son dövrlər kəskin azalmışdır və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsi əsasən brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi kimi amillərlə bağlıdır.

Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün Xəzəryanı ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu, demək olar ki, 99% həmin zavodların fəaliyyəti hesabınadır.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümuməhatəli beştərəfli saziş imzalanmışdır. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Mətndə əsasən nədən bəhs olunur?

  1. Xəzərin zəngin ixtiofaunasından
  2. Nərə balıqlarının azalmasının qarşısını almaq üçün görülən tədbirlərdən
  3. Xəzərin ekoloji vəziyyətindən
  4. Nərə cinsli balıqların növ müxtəlifliyindən
  5. Xəzərdə balıq ehtiyatlarının azalması problemindən

Mətndə əsasən Xəzərdə balıq ehtiyatlarının azalmasından bəhs olunur. Digərləri barədə mətndə qismən məlumat verilsə də, “mətndə əsasən .... (digər cavablar)” demək doğru deyil.

Düzgün cavab: Xəzərdə balıq ehtiyatlarının azalması problemindən

Sual 7

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizi hövzəsində cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan nərə balıqlarıdır. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Burada 6 növ nərə cinsli balığa rast gəlinir: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə. Onların hamısı endemik balıqlardır.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatmışdı. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi illik həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Xəzər dənizində nərəkimilərin də ehtiyatı son dövrlər kəskin azalmışdır və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsi əsasən brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi kimi amillərlə bağlıdır.

Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün Xəzəryanı ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu, demək olar ki, 99% həmin zavodların fəaliyyəti hesabınadır.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümuməhatəli beştərəfli saziş imzalanmışdır. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Mətndə verilənlərə əsasən aşağıdakılardan hansı düzgün çıxarılan nəticədir?

  1. Nərə cinsli balıqların 6 növü mövcuddur.
  2. Xəzərin Azərbaycan sektorundakı balıqların hamısı endemikdir.
  3. Xəzərdə vətəgə əhəmiyyətli balıqlardan ən qiymətlisi nərə cinsli balıqlardır.
  4. Nərə balıqları Xəzərdə yeganə endemik balıqlardır.
  5. Nərə cinsli balıqların Xəzərdə biokütləsinin azalmağa başlaması ötən əsrin 80-ci illərinə təsadüf edir.

İZAH:

  • “Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan nərə balıqlarıdır.”
  • 80-ci illərə deyil, keçən əsrin ortalarına təsadüf edir (sondan 2-ci abzas). 80-ci illərin statistikası ilə müqayisə olunması, o demək deyil ki, azalmağa başlama 80-ci illərdən başlayır.
  • Xəzərdə belədir. Ümumilikdə belə olması barədə mətnə əsasən nəticə çıxarmaq olmaz.
  • “...bunların 81 növü endemikdir”
  • “Xəzər dənizi hövzəsində cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir”

Düzgün cavab: Xəzərdə vətəgə əhəmiyyətli balıqlardan ən qiymətlisi nərə cinsli balıqlardır.

Sual 8

Xəzər dənizi planetimizin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizi hövzəsində cəmi 153 balıq növü var ki, bunların 81 növü endemikdir, yəni planetin heç bir yerində yoxdur və yalnız Xəzər dənizində yaşayırlar. Xəzərin Azərbaycan sektorunda 90-a qədər balıq növü var. Xəzərin ən qiymətli varlığı – planetimizin relikt, yəni ən qədim canlılarından olan nərə balıqlarıdır. Xəzər dənizində nərələrin mövcud dünya ehtiyatının 80%-i cəmləşib. Burada 6 növ nərə cinsli balığa rast gəlinir: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə. Onların hamısı endemik balıqlardır.

Azərbaycanda balıqçılığın inkişafı əsasən 1970-1980-ci illərdə zirvə nöqtəsinə çatmışdı. Bu dövrdə ölkədə orta illik 60 min ton balıq ovlanırdı. 1988-ci ildən 2005-ci ilə qədər su bioloji resurslarının ovlanmasının ümumi illik həcmi 55 min tondan 9 min tona düşmüşdür. Hal-hazırda isə balıq ehtiyatlarının azalması nəticəsində respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil.

Xəzər dənizində nərəkimilərin də ehtiyatı son dövrlər kəskin azalmışdır və keçən əsrin 80-ci ili ilə müqayisədə 30 dəfə azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatmışdır. Nərələrin ehtiyatının kəskin aşağı düşməsi əsasən brakonyerlik nəticəsində bu balıqların həddindən artıq ovlanması, kürütökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi kimi amillərlə bağlıdır.

Keçən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii çoxalması və kürü tökməsi daha mümkün deyil. Buna görə də hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün Xəzəryanı ölkələrdə nərə balıqartırma zavodları tikilmişdir. Bu gün Xəzər dənizində nərə populyasiyalarının mövcudluğu, demək olar ki, 99% həmin zavodların fəaliyyəti hesabınadır.

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümuməhatəli beştərəfli saziş imzalanmışdır. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir.

Mətnə əsasən aşağıdakılardan hansıları müəyyən etmək mümkündür?

  1. Nərə cinsli balıqların ovlanmasının orta illik həcmini
  2. Xəzəryanı ölkələrin hamısında nərəkimilərin kommersiya ovunun qadağan olunduğunu
  3. Xəzərdəki nərə cinsli balıqlara başqa hövzələrdə rast gəlinmədiyini
  4. Nərə balıqlarının təbii çoxalma və kürütökmə yerinin Xəzər dənizi olduğunu
  5. Hazırda neçə nərə balıqartırma zavodunun fəaliyyət göstərdiyini

1, 2, 5

3, 5

2, 3

1, 4, 5

3, 4

İZAH:

1) Mümkün deyil, 2-ci abzasda “respublikanın su hövzələrindən hər il ovlanan balığın həcmi 1 min tondan artıq deyil” qeyd olunsa da, bu məlumat ümumi balıq ovu üçün qeyd olunur. Məhz nərə balıqlarının ovlanması barədə məlumat verilməyib.

2) “Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümuməhatəli beştərəfli saziş imzalanmışdır. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir.”

3) “Burada 6 növ nərə cinsli balığa rast gəlinir: bölgə, rus nərəsi, Kür nərəsi, kələmo, uzunburun və çökə. Onların hamısı endemik balıqlardır.”

4) “...kürütökülən əksər çaylarda...”

5) Say barədə mətndə məlumat yoxdur.

Düzgün cavab: 2, 3

Sual 9

Şuşa qalası — Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, uzun müddət alınmazlıq simvolu olub. Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Yeni qalanın inşası üçün seçilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən tamamilə əlçatmazdır. Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. Qalanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Mətnə əsasən Şuşa qalasının digər qalalardan üstünlüyü:

  1. sıx meşələrlə əhatə olunması
  2. ətrafında yerli xammalın olması
  3. əlverişli strateji coğrafi mövqeyi
  4. bütün istiqamətlərə gediş-gəlişin olması
  5. müdafiə tipli tikili olması

Şuşa qalasının digər qalalardan üstünlüyü yüksək dağlıq ərazidə yerləşməsidir.

Düzgün cavab: əlverişli strateji coğrafi mövqeyi

Sual 10

Şuşa qalası — Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, uzun müddət alınmazlıq simvolu olub. Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Yeni qalanın inşası üçün seçilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən tamamilə əlçatmazdır. Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. Qalanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Mətnə əsasən Şuşa qalası haqqında doğru fikirləri müəyyən edin.

  1. Qala hər tərəfdən qayalıqlarla əhatə olunmuşdur.
  2. Əhalinin suya olan tələbatı axar su mənbələri ilə təmin olunmuşdur.
  3. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuşdur.
  4. Qalanın inşası artilleriyadan istifadəyə imkan verir.
  5. Qalanın inşa tarixi məlumdur.

İZAH:

Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir.

  • Şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi.
  • Əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı.
  • Şimal istiqamət istisna olmaqla,  hər tərəfdən qayalıqlarla əhatə olunmuşdur.
  • Qalanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur.

Düzgün cavab: Qalanın inşası artilleriyadan istifadəyə imkan verir.

Sual 11

Şuşa qalası — Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, uzun müddət alınmazlıq simvolu olub. Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Yeni qalanın inşası üçün seçilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən tamamilə əlçatmazdır. Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. Qalanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Mətnə əsasən hansı sualın cavabını tapmaq olar?

  1. Şuşa qalası nə üçün bərpa edilib?
  2. Şuşa qalasını kim tikib?
  3. Şuşa qalasının neçə qapısı olub?
  4. Xanlıq nə vaxt Şuşa qalasına köçürülüb?
  5. Şuşa qalası nə vaxt tikilib?

İZAH: Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir.

Düzgün cavab: Şuşa qalası nə üçün bərpa edilib?

Sual 12

Şuşa qalası — Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub, uzun müddət alınmazlıq simvolu olub. Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir. Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.

Yeni qalanın inşası üçün seçilmiş məkan şərq tərəfi istisna olmaqla hər tərəfdən sıx meşələrlə əhatə edilmişdi. Bir neçə bulaq istisna olmaqla Şuşa yaylasında axar su mənbələrinin olmamasına görə, qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxsaylı su quyuları qazılmışdı. Şuşa yaylasının ən mühüm xüsusiyyətlərindən biri də yaxşı yonulan inşaat daşları və meşələrlə zəngin olması idi. Bunlar qalanın inşası üçün yerli xammal rolu oynamaqla böyük dəyər kəsb edirdi. Üç tərəfdən – cənub, qərb və şərqdən – Şuşa yaylasını əhatə edən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən tamamilə əlçatmazdır. Qalanın inşası üçün seçilmiş yerin üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı. Qalanın inşa tarixi haqqında dəqiq məlumat yoxdur. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir. Məhdudlaşdırıcı atəşin açılması üçün Bakı, Çıraqqala və Buğurt qalalarında olduğu kimi, Şuşa qalasında da qüllələr arasında düz divarlar ucaldılmışdır.

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Mətnə əsasən səhv fikri müəyyən edin.

  1. Şuşa qalasını Pənahəli xanın tikdirməsi
  2. qalanın inşası üçün yerli xammaldan istifadə edilməsi
  3. bütün döyüş qüllələrinin qala divarlarından kənarda inşa edilməsi
  4. düşmənin hücumunu dəf etmək üçün yerin düzgün seçilməsi
  5. Qarabağ xanının vəzirinin şair olması

İZAH:

Şuşa qalasının döyüş qüllələri divarların səthindən xeyli qabağa çıxır, bəzi halda isə demək olar ki, onlardan kənarda inşa edilib ki, bu da divarların yaxşı müdafiə olunmasını təmin edir.

Düzgün cavab: bütün döyüş qüllələrinin qala divarlarından kənarda inşa edilməsi

Sual 13

Onore de Balzak XIX əsr görkəmli fransız yazıçı-dramaturqudur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri "Bəşəri komediya" və ya "İnsan komediyası" adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. Yazıçı düşündüklərinin hamısını yarada bilmədi, epopeya tamamlanmamış qaldı. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Yazdığı roman və pyesləri birlikdə "İnsan komediyası" adı altında tanınır. Bu əsərlər toplusu 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırıb.

«Qorio ata» romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu əks etdirmişdir. Burjua cəmiyyətinin məhsulu olan Qorio eyni zamanda onun əxlaqının qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Balzak “İnsan komediyasi” epopeyasında fransız cəmiyyətinin mənəviyyatının, ədəb-ərkan və əxlaqının tarixini işıqlandırmışdır.

  • yanlış
  • qiymətləndirilməsi mümkünsüz
  • doğru

İZAH:

Doğrudur. Mətndə yazıçı fransız cəmiyyətinə aid olan yoxsul tələbələri, katorqaçıları, müflisləşmiş burjuaları, amansız kübar qadınları, fırıldaqçı tacirləri göstərmiş, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu əks etdirmişdir.

Düzgün cavab: doğru

Sual 14

Onore de Balzak XIX əsr görkəmli fransız yazıçı-dramaturqudur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri "Bəşəri komediya" və ya "İnsan komediyası" adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. Yazıçı düşündüklərinin hamısını yarada bilmədi, epopeya tamamlanmamış qaldı. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Yazdığı roman və pyesləri birlikdə "İnsan komediyası" adı altında tanınır. Bu əsərlər toplusu 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırıb.

«Qorio ata» romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu əks etdirmişdir. Burjua cəmiyyətinin məhsulu olan Qorio eyni zamanda onun əxlaqının qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Balzak fransız cəmiyyətinin ən geniş mənzərəsini arzuladığı 143 kitabda əks etdirmişdir.

  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış
  • doğru

İZAH:

Yanlışdır. Fransız cəmiyyətini arzuladığı 143 kitabda əks etdirə bilmədi, çünki epopeya yarımçıq qaldı.

Düzgün cavab: yanlış

Sual 15

Onore de Balzak XIX əsr görkəmli fransız yazıçı-dramaturqudur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri "Bəşəri komediya" və ya "İnsan komediyası" adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. Yazıçı düşündüklərinin hamısını yarada bilmədi, epopeya tamamlanmamış qaldı. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Yazdığı roman və pyesləri birlikdə "İnsan komediyası" adı altında tanınır. Bu əsərlər toplusu 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırıb.

«Qorio ata» romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu əks etdirmişdir. Burjua cəmiyyətinin məhsulu olan Qorio eyni zamanda onun əxlaqının qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Qorio ata pulun hökmran olduğu cəmiyyətdə yaşadığını ömrünün sonunda başa düşür.

  • yanlış
  • qiymətləndirilməsi mümkünsüz
  • doğru

İZAH:

Doğrudur. Qorio ata ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş.

Düzgün cavab: doğru

Sual 16

Onore de Balzak XIX əsr görkəmli fransız yazıçı-dramaturqudur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri "Bəşəri komediya" və ya "İnsan komediyası" adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. Yazıçı düşündüklərinin hamısını yarada bilmədi, epopeya tamamlanmamış qaldı. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Yazdığı roman və pyesləri birlikdə "İnsan komediyası" adı altında tanınır. Bu əsərlər toplusu 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırıb.

«Qorio ata» romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu əks etdirmişdir. Burjua cəmiyyətinin məhsulu olan Qorio eyni zamanda onun əxlaqının qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Balzak “Bəşəri komediya” epopeyasında Napoleon Bonapartın hakimiyyətinin süqutunun səbəbini göstərmişdir.

  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış
  • doğru

İZAH:

Qiymətləndirilməsi mümkünsüzdür. Mətndə bu haqda məlumata rast gəlinmir.

Düzgün cavab: qiymətləndirilməsi mümkünsüz

Sual 17

Bu gün təhsil sahəsində tez-tez eşidilən anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya – bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılması prosesidir. İnklüziv təhsil isə təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir, istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakına imkan yaranır.

Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İnfrastrukturun müyəssər olmaması, kurikulum və təhsil sisteminin onların xüsusi ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan cəmiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər. 

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə gətirilməsi, adekvat kurikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərəçarpacaq yenilik isə inklüziv təhsil yanaşmasının geniş şəkildə yayılmasıdır. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutur. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər. Fiziki imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, uşaqlar qarşılıqlı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. Uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaların işlənib hazırlanmasına cəhd edilir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Fiziki məhdudiyyəti olan şəxslərin təhsili yalnız xüsusi təhsil müəssisələrində eyni fiziki məhdudiyyətli uşaqlarla birgə təşkil olunduqda yaxşı səmərə verə bilər.

  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış
  • doğru

İZAH:

Yanlışdır. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan ictimaiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər.

Düzgün cavab: yanlış

Sual 18

Bu gün təhsil sahəsində tez-tez eşidilən anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya – bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılması prosesidir. İnklüziv təhsil isə təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir, istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakına imkan yaranır.

Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İnfrastrukturun müyəssər olmaması, kurikulum və təhsil sisteminin onların xüsusi ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan cəmiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər. 

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə gətirilməsi, adekvat kurikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərəçarpacaq yenilik isə inklüziv təhsil yanaşmasının geniş şəkildə yayılmasıdır. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutur. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər. Fiziki imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, uşaqlar qarşılıqlı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. Uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaların işlənib hazırlanmasına cəhd edilir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

İnklüziv təhsil uşaqların əxlaq tərbiyəsinə müsbət təsir göstərir.

  • doğru
  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış

İZAH:

Doğrudur. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir, fiziki imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, uşaqlar qarşılıqlı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

Düzgün cavab: doğru

Sual 19

Bu gün təhsil sahəsində tez-tez eşidilən anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya – bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılması prosesidir. İnklüziv təhsil isə təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir, istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakına imkan yaranır.

Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İnfrastrukturun müyəssər olmaması, kurikulum və təhsil sisteminin onların xüsusi ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan cəmiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər. 

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə gətirilməsi, adekvat kurikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərəçarpacaq yenilik isə inklüziv təhsil yanaşmasının geniş şəkildə yayılmasıdır. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutur. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər. Fiziki imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, uşaqlar qarşılıqlı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. Uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaların işlənib hazırlanmasına cəhd edilir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xüsusi təhsil müəssisələrinin genişləndirilməsi sayəsində nail olmaq olar.

  • doğru
  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış

İZAH:

Yanlışdır. Mətndə bunun əksi qeyd olunub: “Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan ictimaiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər”.

Düzgün cavab: yanlış

Sual 20

Bu gün təhsil sahəsində tez-tez eşidilən anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya – bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılması prosesidir. İnklüziv təhsil isə təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir, istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakına imkan yaranır.

Sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İnfrastrukturun müyəssər olmaması, kurikulum və təhsil sisteminin onların xüsusi ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan cəmiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər. 

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə gətirilməsi, adekvat kurikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərəçarpacaq yenilik isə inklüziv təhsil yanaşmasının geniş şəkildə yayılmasıdır. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutur. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər. Fiziki imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, uşaqlar qarşılıqlı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.

    İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. Uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaların işlənib hazırlanmasına cəhd edilir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların həyatlarının təhsildən sonrakı mərhələsində cəmiyyətə inteqrasiyası prosesinə töhfə verir.

  • yanlış
  • qiymətləndirilməsi mümkünsüz
  • doğru

İZAH:

Doğrudur. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər.

Düzgün cavab: doğru

Sual 21

Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemalardandır. Yusif Balasaqunlunun “Qutdaqdu - bilik” əsərində  bütün islam və türk tarixi mədəniyyətinə aid məlumatlar toplanmışdır.

XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri olmuşdur. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də tərcümə etmək olar. “Qut”-səadət, xoşbəxtlik deməkdir. Ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif  əsərinin dilini xaqaniyyə adlandırmışdır.

Müəllif özü qeyd edir ki, əsəri o öz doğma türk dilində yazmışdır. “Qutaqdu-bilik” əsəri müsəlman türklərin islam intibahı dövründə yazılmış və üç nüsxədə (surəti) dövrümüzə qədər qorunaraq gəlib çatmış ilk əsərlərdəndir. Bir çox türkdilli xalqlar bu əsəri müsəlman türklərinin yazılı ədəbiyyatının ilkin qaynağı kimi qəbul edirlər.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan X əsrdə yazılmış “Şahnamə”yə bənzədiyi üçün iranlılar onu “türk Şahnaməsi” də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsiri altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

“Qutadqu-bilik” əruz vəznində yazılmış ilk poemadır.

  • yanlış
  • doğru
  • qiymətləndirilməsi mümkünsüz

İZAH:

Yanlışdır. “…türk dilində türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış ilk poemadır” (II cümlə), mətndə ondan əvvəl “Şahnamənin” (X əsr) əruz vəznində yazıldığı məlum olur.

Düzgün cavab: yanlış

Sual 22

    Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemalardandır. Yusif Balasaqunlunun “Qutdaqdu - bilik” əsərində  bütün islam və türk tarixi mədəniyyətinə aid məlumatlar toplanmışdır.

XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri olmuşdur. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də tərcümə etmək olar. “Qut”-səadət, xoşbəxtlik deməkdir. Ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif  əsərinin dilini xaqaniyyə adlandırmışdır.

Müəllif özü qeyd edir ki, əsəri o öz doğma türk dilində yazmışdır. “Qutaqdu-bilik” əsəri müsəlman türklərin islam intibahı dövründə yazılmış və üç nüsxədə (surəti) dövrümüzə qədər qorunaraq gəlib çatmış ilk əsərlərdəndir. Bir çox türkdilli xalqlar bu əsəri müsəlman türklərinin yazılı ədəbiyyatının ilkin qaynağı kimi qəbul edirlər.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan X əsrdə yazılmış “Şahnamə”yə bənzədiyi üçün iranlılar onu “türk Şahnaməsi” də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsiri altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Əsər mövzu baxımından “Şahnamə” ilə bənzərliyə malikdir.

  • yanlış
  • qiymətləndirilməsi mümkünsüz
  • doğru

İZAH:

Qiymətləndirilməsi mümkünsüzdür. Mətndə “Şahnamə” ilə bənzərliyin əruz vəznində yazılmasına görə olduğu qeyd olunub. Şahnamənin mövzusu qeyd olunmadığından mövzu baxımdan bənzərliyin də olub-olmamasını müəyyənləşdirmək olmur.

Düzgün cavab: qiymətləndirilməsi mümkünsüz

Sual 23

Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemalardandır. Yusif Balasaqunlunun “Qutdaqdu - bilik” əsərində  bütün islam və türk tarixi mədəniyyətinə aid məlumatlar toplanmışdır.

XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri olmuşdur. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də tərcümə etmək olar. “Qut”-səadət, xoşbəxtlik deməkdir. Ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif  əsərinin dilini xaqaniyyə adlandırmışdır.

Müəllif özü qeyd edir ki, əsəri o öz doğma türk dilində yazmışdır. “Qutaqdu-bilik” əsəri müsəlman türklərin islam intibahı dövründə yazılmış və üç nüsxədə (surəti) dövrümüzə qədər qorunaraq gəlib çatmış ilk əsərlərdəndir. Bir çox türkdilli xalqlar bu əsəri müsəlman türklərinin yazılı ədəbiyyatının ilkin qaynağı kimi qəbul edirlər.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan X əsrdə yazılmış “Şahnamə”yə bənzədiyi üçün iranlılar onu “türk Şahnaməsi” də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsiri altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Əsərdə ərəb və fars sözlərinin istifadə olunduğundan o, ortaq ədəbi sərvət hesab olunur.

  • doğru
  • qiymətləndirilməsi mümkünsüz
  • yanlış

İZAH:

Yanlışdır. Əsər türk xalqlarının ortaq ədəbi sərvəti sayılır. Mülahizədə səbəb düzgün göstərilməyib.

Düzgün cavab: yanlış

Sual 24

Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemalardandır. Yusif Balasaqunlunun “Qutdaqdu - bilik” əsərində  bütün islam və türk tarixi mədəniyyətinə aid məlumatlar toplanmışdır.

XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri olmuşdur. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də tərcümə etmək olar. “Qut”-səadət, xoşbəxtlik deməkdir. Ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif  əsərinin dilini xaqaniyyə adlandırmışdır.

Müəllif özü qeyd edir ki, əsəri o öz doğma türk dilində yazmışdır. “Qutaqdu-bilik” əsəri müsəlman türklərin islam intibahı dövründə yazılmış və üç nüsxədə (surəti) dövrümüzə qədər qorunaraq gəlib çatmış ilk əsərlərdəndir. Bir çox türkdilli xalqlar bu əsəri müsəlman türklərinin yazılı ədəbiyyatının ilkin qaynağı kimi qəbul edirlər.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan X əsrdə yazılmış “Şahnamə”yə bənzədiyi üçün iranlılar onu “türk Şahnaməsi” də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsiri altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir.

Mətnə əsasən mülahizəni qiymətləndirin.

Müəllif müxtəlif ictimai məsələlər barəsində fikir və əqidəsini ifadə etmək üçün bu əsərini qələmə almışdır.

  • qiymətləndirilməsi mümkünsüz
  • doğru
  • yanlış

İZAH:

Qiymətləndirilməsi mümkünsüzdür. “Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.” qeyd olunsa da, bu verilmiş fikrin doğru və ya yanlış olması demək deyil (III abzasda verilmiş fikirdə səbəb-nəticə əlaqələri mülahizədəki ilə eyni deyil). Əsəri yazmaqda müəllifin məqsədi verilmiş mətndə açıqlanmır. Məqsəd bu və ya digər ola bilər.

10.04.2023