Sual 1

Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlətlə bağlı təsbit olunmuş müddəaya əsasən düzgündür:

  1. Din dövlətin tərkib hissəsidir.
  2. Dövlət dini təriqətlərin inkişafına dəstək verir.
  3. Dövlət təhsil sistemi dini xarakter daşıyır.
  4. Dini qurumlar dövlətin idarə olunmasında iştirak edir.
  5. Din dövlətdən ayrıdır.

Düzgün cavab: Din dövlətdən ayrıdır.

Sual 2

“İnvestisiya” adlanır:

  1. hər hansı fəaliyyətin həyata keçirilməsi üçün dövlətin, müəssisənin və ya şəxsin əldə etdiyi müstəsna hüquq
  2. hər hansı dövlətin yürütdüyü iqtisadi təcridçilik siyasəti
  3. investorlar üçün əlverişli şərait
  4. diplomatik yazışma formalarından biri
  5. ölkə daxilində və xaricdə iqtisadiyyat sahələrinə müəyyən müddətə qoyulan sərmayə

Düzgün cavab: ölkə daxilində və xaricdə iqtisadiyyat sahələrinə müəyyən müddətə qoyulan sərmayə

Sual 3

Hakimiyyətin üfüqi bölünməsi həyata keçirilir:

  1. hakimiyyət səlahiyyətləri mərkəzlə bələdiyyə orqanları vasitəsilə
  2. hakimiyyət səlahiyyətləri mərkəzlə yerli orqanlar vasitəsilə
  3. qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları vasitəsilə
  4. hakimiyyət səlahiyyətlərinin mərkəzi, bölgə və yerli orqanları vasitəsilə
  5. hakimiyyət səlahiyyətləri mərkəzləşmiş, mərkəzləşməmiş, yarımmərkəzləşmiş hakimiyyət orqanları vasitəsilə

Düzgün cavab: qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları vasitəsilə

Sual 4

2008-ci il qlobal iqtisadi böhranının başladığı ölkə:

  1. Çin
  2. İngiltərə
  3. ABŞ
  4. Rusiya
  5. Braziliya

Düzgün cavab: ABŞ

Sual 5

Hansı maliyyə kapitalına nümunə göstərilə bilər?

  1. bank kartı
  2. etibarnamə
  3. qəbz
  4. səhm
  5. mülkiyyət sənədi

Düzgün cavab: səhm

Sual 6

Dövlətin insana qayğı, adamların mənzilə, işə, səhiyyəyə, təhsilə və s. olan ehtiyaclarını təmin etməklə əlaqədar olan funksiyası necə adlanır?

  1. təhsil
  2. iqtisadi
  3. təşkilati
  4. sosial
  5. hüquqi

Düzgün cavab: sosial

Sual 7

Federativ dövlət quruluşuna malik ölkələrin verildiyi sıranı müəyyən edin.

  1. Türkiyə, İtaliya
  2. İngiltərə, Fransa
  3. Fransa, İran
  4. Çin, Rusiya
  5. Almaniya, İsveçrə

Düzgün cavab: Almaniya, İsveçrə

Sual 8

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin növlərinə aid deyil:

  1. dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti
  2. ictimai mülkiyyət
  3. xüsusi mülkiyyət
  4. bələdiyyə mülkiyyəti
  5. dövlət mülkiyyəti

Düzgün cavab: ictimai mülkiyyət

Sual 9

Müəyyən ictimai mühitdə təşəkkül tapan və dəfələrlə təkrarlanması nəticəsində insanların vərdişinə çevrilən davranış qaydalarının məcmusu adlanır:

I. Adətlər

II. Hüquq normaları

III. Korporativ normalar

  1. Yalnız II
  2. II və III
  3. Yalnız III
  4. Yalnız I
  5. I və III

Düzgün cavab: Yalnız I

Sual 10

Azərbaycanda ipəkçiliyin inkişafına görə fərqlənən rayonlar:

  1. Şamaxı, Quba
  2. Şəmkir, Xaçmaz
  3. İsmayıllı, Qəbələ
  4. Şəki, Xaçmaz
  5. Şəki, Ordubad

Düzgün cavab: Şəki, Ordubad

Sual 11

Azərbaycan Respublikasında parlament seçkiləri hansı sistemə əsaslanır?

  1. Yarıproporsional sistemə
  2. Qarışıq sistemə
  3. Proporsional sistemə
  4. İki turlu sistemə
  5. Majoritar sistemə

Düzgün cavab: Majoritar sistemə

Sual 12

A firmasında işləyən bir işçi daha yaxşı əmək şəraitinin mövcud olduğu B firmasına keçərkən qarşılaşacağı işsizlik:

  1. institutsional
  2. struktur
  3. dövri
  4. gizli
  5. müvəqqəti

Düzgün cavab: müvəqqəti

Sual 13

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinin təminatçısıdır:

  1. beynəlxalq təşkilatlar
  2. bütün vətəndaşlar
  3. qeyri-hökumət təşkilatları
  4. siyasi partiyalar
  5. dövlət

Düzgün cavab: dövlət

Sual 14

Beynəlxalq Valyuta Fondu ilə bağlı doğru cavabı müəyyən edin.

I. Çətin maliyyə vəziyyətində olan ölkələrə kredit verən beynəlxalq maliyyə təşkilatıdır

II. Ölkələrin mərkəzi banklarının tabe olduğu beynəlxalq maliyyə təşkilatdır

III. Yalnız 7 ən inkişaf etmiş ölkənin üzv olduğu beynəlxalq maliyyə təşkilatıdır

  1. I və II
  2. Yalnız III
  3. II və III
  4. Yalnız II
  5. Yalnız I

Düzgün cavab: Yalnız I

Sual 15

İnkişaf etmiş vətəndaş cəmiyyətinin varlığı nəyin əlamətidir?

  1. parlamentin olmasının
  2. qanunun
  3. dövlət qulluğunun
  4. hüquqi dövlətin
  5. dövlət hakimiyyətinin

Düzgün cavab: hüquqi dövlətin

Sual 16

Gəlir artdıqca tələbi azalan, gəlir azaldıqca tələbi artan əmtəələr:

  1. aşağı keyfiyyətli
  2. normal
  3. əvəzləyici
  4. qıt
  5. tamamlayıcı

Düzgün cavab: aşağı keyfiyyətli

Sual 17

Mərkəzi banklar hansında daha təsirli rol oynayır?

  1. Adambaşına düşən milli gəlirin artmasında
  2. Gəlir bölgüsünün daha ədalətli olmasında
  3. İstehsal xərclərinin aşağı düşməsində
  4. Faiz dərəcələrinin müəyyən edilməsində
  5. Əmək məhsuldarlığının artmasında

Düzgün cavab: Faiz dərəcələrinin müəyyən edilməsində

Sual 18

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar mənsubdur:

  1. Azərbaycan Respublikasına
  2. Azərbaycan Respublikasının vətəndaşlarına
  3. yalnız mülkiyyətçilərə
  4. seçkili orqanlara
  5. xalqa

Düzgün cavab: Azərbaycan Respublikasına

Sual 19

Hansı tamamlayıcı əmtəədir?

  1. velosiped – avtomobil
  2. quzu əti – toyuq əti
  3. diş fırçası – diş pastası
  4. çay – kofe
  5. zeytun yağı – xama

Düzgün cavab: diş fırçası – diş pastası

Sual 20

Konstitusiyalı monarxiyanın mövcud olduğu ölkə:

  1. Çin
  2. İran
  3. Polşa
  4. Fransa
  5. Yaponiya

Düzgün cavab: Yaponiya

Sual 21

“Holland sindromu” dedikdə nəzərdə tutulur:

  1. Vaxtilə Hollandiyanın müstəmləkəsi olmuş ölkələrdə ortaya çıxan iqtisadi problemlər
  2. Hollandiya ilə qonşu olan ölkələrin orada baş verən iqtisadi problemlərdən zərər görməsi
  3. Təbii sərvətlərdən asılılıq yaranması nəticəsində istehsal sektorunun zəifləməsi
  4. Ağır sənayenin xammal mənbələrindən uzaqda yerləşməsi nəticəsində əlverişsiz vəziyyətə düşməsi
  5. Hollandiyanın əkinə əlverişli ərazilərinin tədricən su altında qalması

Düzgün cavab: Təbii sərvətlərdən asılılıq yaranması nəticəsində istehsal sektorunun zəifləməsi

Sual 22

“Tüstüsüz sənaye” dedikdə başa düşülür:

  1. meşə xammalı
  2. turizm
  3. kompüter proqramçılığı
  4. bərpa olunan enerji
  5. ölkəyə valyuta qazandıran bütün fəaliyyətlər

Düzgün cavab: turizm

Sual 23

Yüksək iqtisadi artımın ehtimal olunan nəticələrindən biri:

  1. milli gəlirdə azalma, aşağı səviyyədə işsizlik
  2. inflyasiyada yüksəlmə, aşağı səviyyədə işsizlik
  3. investisiyalarda artım, milli gəlirdə azalma
  4. inflyasiyada yüksəlmə, işsizlikdə kütləvi artım
  5. milli gəlirdə artım, işsizlikdə kütləvi artım

Düzgün cavab: inflyasiyada yüksəlmə, aşağı səviyyədə işsizlik

Sual 24

“Konstitusiyasız” ölkə:

  1. Yaponiya
  2. Belçika
  3. Fransa
  4. Çin
  5. İngiltərə

Düzgün cavab: İngiltərə

Sual 25

Qeyri-hökumət təşkilatları ilə siyasi partiyaların oxşar cəhəti:

I. Üzvlük könüllüdür.

II. Hakimiyyət uğrunda mübarizə aparırlar.

III. Hökumət qarşısında müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edə bilərlər.

  1. Yalnız II
  2. II və III
  3. I və II
  4. I və III
  5. Yalnız III

Düzgün cavab: I və III

10.04.2023