Nəzərə almalıyıq ki, təşkilati stukturun formalaşdırılması müştərilər və cəmiyyət üçün dəyər yarada biləcək təşkilatlar formalaşdırmaqda vacib bir prosesdir. Effektiv strukturun formalaşdırılması, təhlildən və ən yaxşı təcrübəni tətbiq etməkdən daha çox səy tələb edir. Daha çox araşdırmalara əsaslanaraq formalaşdırılır və buna görə də, yaradıcılıq tələb edir.

Əksər sahibkarlar, təşkilatları effektiv işləmədikdə hiss edə bilərlər, ancaq vəziyyətin düzəldilməsini az rəhbər təşkil edə bilir. Hərtərəfli yenidən qurma çox təhlükəli və mürəkkəb proses olduğu üçün çox çətin qərar verilir. Çünki proses zamanı əhəmiyyətli dərəcədə kompramisə getmək və dəyişikliyi qəbullanmaq ehtiyacı yaranır. Təşkilati dizayn prosesinin çətinlikiklərinin aradan qaldırılması və onu düzgün formalaşdırması üçün praktiki alətlərin və ya çərçivələrin çox olmaması əksər rəhbərlərə hər zaman böyük bir boşluq kimi görsənir.

Buna görə də, təşkilat dizaynında problemlər yarandıqda, məsələləri analiz etmədən, çox vaxt ən çox ortaya çıxan nöqsanlara diqqət yetirilir və bu müddətdə ümumi quruluş daha da yararsız və daha az strateji hala gətirirlir. 

Bundan sonra haqqında məlumat verəcəyim praktiki həllər aşağıdakılarla bağlı olacaq. Diqqətinizə çatdırım ki, bu praktikalar daha əvvəl məlumat verdiyim uğurlu təşkilati dizayn üçün əsaslar və təşkilati dizaynın əsas qaydaları ilə birgə nəzərə alınmalıdır.

  • Qərar vermə səlahiyyətlərini müəyyən etmək üçün RAPID qərarvermə aləti və onun tətbiqi.
  • Təşkilat dizaynınızın effektivliyini təmin etmək üçün istifadə edəcəyimiz 9 testin tətbiqi
  • Təşkilatınızın qarşıya qoyulmuş məqsədə çatması üçün necə mövqe tutduğunu təhlil etmək üçün McKinsey 7S çərçivəsinin tətbiqi.

RAPID - qərar qəbuletmə çərçivəsi

No alt text provided for this image

Təşkilati dizaynın effektivliyini təmin etmək üçün qərar vermə səlahiyyətləri müəyyən edilmiş olmadlıdır. Bunun üçün RAPID qərarvermə alətini tövsiyyə edirəm. Ən uğurlu təşkilatlar effektiv olmaq üçün sadə vasitələrdən istifadə edirlər. Və RAPID qərar qəbuletmə çərçivəsi qərar vermə səlahiyyətlərini sistemləşdirmək və ya əlaqələndirmək üçün istifadə edilə bilən metodudur.

Əsas məqsəd müvafiq səviyyələrə görə qərarların yalnız bir vəzifədə cəmlənməsini təmin etməkdir.

  • Tövsiyə edən: ilkin təklif və tövsiyələri yaradır və ya irəli sürür.
  • Razılıq verən: Tövsiyə edənlərin təkliflərini qəbul və ya rədd etməlidir.
  • İcra edən: Qərar qəbul edildikdən sonra işləri icra edir
  • Məlumat/dəstək verən: Tövsiyə edənlərə məlumat və faktlar təqdim edir.
  • Qərar verən: Qərar vermək səlahiyyətinə sahib olan şəxs.

RAPID qərarların qəbul edilməsi çərçivəsinin tətbiqinin müvəffəqiyyətli olması üçün bütün təşkilat daxilində dəstəyə ehtiyac duyulur. 

Modelin işləyişi ilə bağlı nümunəyə nəzər salaq.

No alt text provided for this image

Matrisdən göründüyü kimi, müəyyən bir layihə ilə bağlı hər hansı əsas qərar bir sıra tutur. Layihənin bir hissəsinin daxili resurlar hesabına işləməli və ya autsors edilməli olduğu barədə qərar verilməlidir. 

Nümunədə aşağıdakı qərarlar var:

No alt text provided for this image

Modelin mərkəzi rolu digər dəstək rollarla əhatələnən qərərar vermə roludur. Rolların hər birini öz növbəsində nəzərdən keçirək:

Tövsiyə edən: Bu rolda olan şəxs və ya şəxslər fəaliyyət istiqamətini tövsiyə edir və ya bir sıra variantlar təqdim edirlər. Onlar öz tövsiyələrinin əsasında faktlar, rəqəmlər və araşdırmalar saxlamalıdırlır. Bu rolu RAPID prosesinin başlanğıc nöqtəsi hesab edə bilərsiniz. Hər hansı proses və ya iş tövsiyyə olunur və qərar qəbuletmə prosesi başlayır.

Razılaşan: Bunlar prosesi və işi irəlilətməzdən əvvəl tövsiyə ilə razılaşmalı olan şəxslərdir. Bu qrup lazım olduğu təqdirdə qərara veto qoymaq səlahiyyətinə malikdir. Bu rolu mümkün qədər az insana həvalə etmək vacibdir. Əks təqdirdə qərar qəbulu yavaşlaya bilər. Əgər hər hansı bir qərara veto qoyarlarsa, tövsiyə edən qrupla/şəxlə razılaşdırmalıdırlar. Əgər qənaətbəxş razılaşma əldə olunmazsa, məsələ Qərar vermə roluna çıxarılmalıdır.

Məlumat/dəstək verən: Məlumat/dəstək verən rolu düzgün qərar qəbul etmək üçün zəmin yaradır. Bu rola tövsiyələrə giriş kimi faktlar, məlumatlar və sübutlar təqdim etmək üçün müraciət olunur.

Onlar bu kimi suallara cavab tapmalıdırlar:

  1. İşin həyata keçirilməsi üçün nə qədər vaxt lazımdır?
  2. İşin icrası ilə əlaqəli risklər varmı?
  3. Əsas komandalar təklif oluna işin, prosesin mövcud vəziyyətindən məmnundurlarmı?

Qeyd: Tövsiyə edən rolu məlumat/dəstək verən rolundan məlumat götürmək məcburiyyətində deyildir. 

Qərar verən: Bütün seçimlər masada olduğu halda qərar verilməlidir. Bu rol qərar verəndir və tək bir şəxsdə olmalıdır. Bu rol adətən təşkilat daxilində aparıcı liderlərə həvalə olunur.

Qərar qəbul edildikdən sonra işin tez bir zamanda həyata keçirilməsi vacibdir. Qərarı verən işlə bağlı məsələləri qərarı icra edənlərə paylaşdırır. İş yerinə yetirildiyi müddətdə onlar məsuliyyət daşıyırlar.

İcra edən: Bu rol qərarı icra edəcək insanlara bağlıdır. Hər bir qərarın tez bir zamanda icrası vacibdir. Tez icra olunan az əhəmiyyətli qərar, yavaş-yavaş icra olunan çox əhəmiyyətli qərardan daha yaxşıdır.

Qərar qəbul etmə ilə bağlı təhlil apararkən bir məsələni xüsusi diqqətdə saxlayın ki, adətən xətalar və ya boşluq səf qurulmuş iyerarxiyada olur. Yaxşı qurulmuş təşkilati iyerarxiya işçilərə işi icra etmək sərbəstliyi verir. Əgər hər hansı menecer aşağıdakı 4 məsələ ilə bağlı qərar verə bilmirsə, təşkilatdakı müvafiq rəhbərlik səviyyənin olması mübahisəlidir, çünki bu məsələlərdə qərar verə bilməyən şəxsi öz komandasının nəticələri üçün məsuliyyət daşıdığını hesab edə bilməzsiniz:

No alt text provided for this image

Qərar vermə səlahiyyətlərini müəyyən etmək üçün RAPID qərarvermə aləti və onun tətbiqi haqqında bu qədər dostlar. Növbəti məqalədə Michael Goold və Andrew Campbell’in 9 test metodu haqqında geniş yazım olacaq.

Uğurlu iş və davamlı nəticələr arzulayıram.

 

Müəllif: Rəşad Məhərrəmov, Azərbaycanda İnsan Resursları sahəsində peşəkar ekspert.
HRM & Strategist | Strategy Management | Organizational Design & Development | Business Transformation

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

Rəşad Məhərrəmov

14.09.2020