“Gələcəkdə hamı 15 dəqiqəlik dünya şöhrəti qazana biləcək.” – Endi Vorhol, 1928-1987
 
Çox güman ki, bu məşhur sitatı nə vaxtsa eşitmisiniz. Endi Vorhol bu deyimlə uğurla başa çatdırdığımız bir işin həyatımızda bizə layiq olduğumuz şöhrəti və nüfuzu gətirəcəyi xüsusi bir zamandan bəhs edir.
Əgər dönüb keçmişinizə və ya karyeranıza baxsanız və insanlara problemləri həll etməkdə və nəyisə yaxşıya doğru dəyişməkdə vasitəçi olduğunuz hər şeyin bir daha nəzərdən keçirsəniz, xeyli təəccüblənəcəksiniz.
“15 dəqiqəlik şöhrəti” qazanmaq üçün nə qədər keyfiyyətə malik olduğunuzu kəşf edəcəksiniz.
Bu məqamlardan neçəsini müsahibə otağındakı işə götürən rəhbərə bildirmisiniz? Bu xüsusi nailiyyətlər haqqında insanlara danışmısınızsa, onlar sizin münasibətlərinizin yeni bir səviyyəyə doğru inkişaf etməsinə kömək edibmi? Nailiyyətinizi danışmaqla müsahibədən uğurla keçmiş və ya hətta iş əldə etmisinizmi?

Bu sualların hər birinə cavabınız “bəli”dirsə, o zaman sizin məharətinizi ayaqda alqışlamaq lazımdır. Əgər deyilsə, onda gəlin bu suallara cavabları necə daha da təkmilləşdirməyin yolları barədə danışaq:

Yəgin artıq söhbətin təsirli ifadələrdən getdiyini anladınız.

Söhbət karyera nailiyyətlərinizin, CV və marketinq mesajlarınızın əsasını təşkil edən sadə ifadələrdən gedir. Sizdən başqa heç kim karyeranızdakı bu xüsusi nailiyyətlərə iddia edə bilməz. Bu təsirli ifadələr sizi öz sahənizdə sizinlə eyni vəzifədə olan digər insanlardan fərqləndirə bilər.

Yaxşı bəs təsirli ifadələr deyəndə nə nəzərdə tutulur?

Bunu təsəvvürünüzdə canlandırmaq üçün, qəzet oxuduğunuz zaman xəbər başlıqlarını düşünün. Onlar sizi məqaləyə cəlb edir. Xəbər başlığının yaratdığı maraq və həyəcan əsas götürülərək hansı məqaləni oxuyacağınıza qərar verirsiniz. Əgər başlıq maraqsızdırsa, siz diqqətinizi daha çox cəlb edən bir məqalə axtarmağa davam edirsiniz.
Sizin təsirli ifadələriniz karyeranızın insanları sizə cəlb edən başlıqlarıdır. Siz insanlara və ya şirkətlərə kritik problemləri həll etmək və yeni imkanlar yaratmaq üçün tam olaraq necə kömək etdiyinizi ifadə etməlisiniz.
Təsirli ifadələr bir çox yerlərdə istifadə oluna bilər. Yeni insanlarla tanış olarkən və əlaqə qurarkən. CV və karyera təcrübənizdə. İstək məktubunda, müsahibə otağında və sonrakı məktublarda.

Hansı təsirli ifadə sizi daha çox oxumağa təşviq edərdi?

1. Layihə büdcəni aşmadan və vaxtında başa çatdırılmışdır.
2. 18 aylıq dövrdə 5 mürəkkəb texnologiya layihəsi idarə edərək, xərclərə təxminən 100 000 qənaət edilərək, 500 000 gəlir əldə edilmişdir.
Siz iki ifadə arasındakı fərqi aydın şəkildə görə bilərsiniz. Siz birinci variantı CV-də və ya istək məktubunda gördünüzmü? (ya da yazdınızmı?)
Bu məbləğ sizə çox görünə bilər amma əsas odur ki, nailiyyətlərinizi rəqəmlə, iqtisadi dəyər ilə (əldə olunmuş gəlir, artım faizi, qənaət edilmiş pul və s.) nə qədər çox əlaqələndirsəniz kütlədən bir o qədər çox seçilərsiniz. İnsanlar sizin özünəməxsus bacarıqlarınızla nə etdiyinizi və nə edə biləcəyinizi görmək istəyirlər.

Bu ideyanı daha yaxşı qavramağınız üçün əlavə bir neçə nümunəni də bölüşürük:

  • 3 ay ərzində müştəri bazasını/sayını 125% artıran bir texnologiya xidmətləri şirkəti üçün onlayn marketinq kampaniyası hazırlamışam.
  • Marketinq şirkəti üçün 1000 müştərisini itirməkdən xilas edən və 500 min dollara qənaət edən vebsaytın dizaynını hazərlamışam.
  • 6 aydan az bir müddətdə satışların 80%-lik artımına nail olmuşam.
  • Hər zəngdə ümumi problemin həll müddətini 10 dəqiqədən 3 dəqiqəyədək endirən müştəri xidmətləri təlim proqramını hazırlanmışam.

Təsirli ifadələrinizi qurmaq 3 sadə addımdan ibarətdir:

1. Geniş təsvir vermək üçün inkişaf etdirmişdir, hazırlamışdır, həyata keçirmişdir kimi fəaliyyət sözlərindən istifadə edin.
2. Nailiyyətinizin çox qısa təsvir edin məs., marketinq satış məktubu, təlim proqramı, kompleks texniki təminat kimi.
3. Nailiyyətinizin iqtisadi və reallaşdırılmış dəyərini rəqəmlə, pulla, faizlə ifadə edin. Məsələn, “xidmət müddətini 10 dəqiqədən 3 dəqiqəyə endirmişəm” və ya “80% artım əldə etmişəm” kimi dəqiq rəqəmlərdən istifadə edin.

Təsirli ifadələrinizi vərəq üzərinizə köçürdüyünüz zaman nə qədər dəyərli olduğunuzu kəşf edəcəksiniz. Bu başlıqlar sizi rəqabətdə digərlərindən fərqləndirəcək. Onlar həmçinin tapşırığın nə olmasından asılı olmayaraq işi başa çatdıra biləcəyinizi göstərir.

Tapşırıq: Elə indi bir vərəq götürün və sizi təsvir edən 5 təsirli ifadəni qeyd edin. Sizə “15 dəqiqəlik şöhrət”i qazandıracaq nailiyyətlərinizi nəzərdən keçirin. İstədiyiniz qədər keçmişə səyahət edə bilərsiniz. Və elə ilk fürsətdə adamlara bu haqda danışmağa başlayın.

 

 

Mənbə: resume.az

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

28.09.2020