Müsahibədə əməkhaqqı ilə bağlı suala necə cavab verməli.

İş axtaranları çox vaxt müsahibədə verilən 2 sual narahat edir.

  1. Əvvəlki(və ya indiki) işində əməkhaqqınız nə qədər olub?
  2.  Bizdən əməkhaqqı gözləntiniz nə qədərdir?

İstənilən əməkhaqqı ilə bağlı suallar işəgötürənə imkan yaradır ki,sizə nə qədər ödəyə biləcəklərini və ya hansı məbləğə sizi razı sala biləcəklərini bilsinlər.Bu zaman siz əməkhaqqını az deyib boş yerə pul itirməkdən eyni zamanda əməkhaqqını yüksək deyib işi itirmək təhlükəsiylə üzləşirsiz.

Bəs nə etməli?Bu suallara necə cavab verə bilərsiz.

Əsas məqsədiniz bu suallara cavab verməkdən yayınmaqdır.Müsahibə gedişatında bacardığınız qədər pul və əməkhaqqı haqqında müzakirələrdən qaçın və heç vaxt iş üçün veriləcək maaşın miqdarını soruşmayın.Elə etməlisiz ki,əməkhaqqıyla bağlı müzakirədən əvvəl işəgötürən sizi bəyənsin və sizi işə götürmək istəyi  yüksək olsun.Bu zaman artıq maaş müzakirəsində sizin mövqeyiniz daha güclü olacaq.

“Əvvəlki(və ya indiki) işində əməkhaqqınız nə qədər olub?” sualına necə cavab verməli.

A) “Əvvəlki iş yerim ilə indiki işin fərqli olduğunu düşünürəm,ona görə əvvəlki əməkhaqqımın miqdarı bu vəziyyətdə bir əhəmiyyət kəsb etmir.Əgər siz məni bu vəzifəyə uyğun görsəz,düşünürəm ki,məbləğ barədə razılığa gələ bilərik.Çünki mən bu işdə işləmək həvəsindəyəm” deyin.

B) Müsahibədən əvvəl araşdırma aparın.Getdiyiniz vakansiya üzrə bazarda təklif edilən əməkhaqqı miqdarını öyrənin.Artıq bu zaman onlar sizə normadan aşağı əməkhaqqı təklif etdikdə bundan xəbəriniz olacaq.Sizdən əvvəlki əməkhaqqınızı soruşduqda çəkinmədən deyin.Əgər əməkhaqqınız bonusdan asılı olaraq dəyişkən olubsa həmişə ən yüksək aldığınız əməkhaqqını deyin.

Bizdən əməkhaqqı gözləntiniz nə qədərdir? Sualına necə cavab verməli.

Əgər bu sual sizə verilirsə bu yaxşı əlamətdir.Deməli sizi işə götürmək istəyirlər.

A)Mövcud vakansiya üçün nəzərdə tutlan əməkhaqqının aşağı və yuxarı həddini soruşun və ona uyğun bir rəqəm deyin

B)Dəqiq rəqəm deməyin.Bu işin məsuliyyətinə uyğun əməkhaqqı verəcəklərinə inandığınızı deyin.

Ən əsası özünüzü bəyəndirməyə çalışın.Çünki sizi işə götürmək istəməsələr heç bir məbləğ müzakirəsi olmayacaq.

 

Suallara verilən cavablar situasiyadan asılı olaraq dəyişə bilər.Müsahibəyə getməzdən əvvəl şirkəti nə qədər çox araşdırsaz bir o qədər düzgün cavablar verə bilərsiz.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

13.09.2020