Ötən məqalədə Azersun Holdinqə işə qəbul məcarama eyham vurmuşdum. 2008 ci ilin yay aylarında hərbi xidmətdən yeni qayıtmışdım. Və universitetin 4-cü kursunda hazırladığım CV-ni (məzun yarmarkasında o zamankı Ata Holdinqin CV formatını dostlarla birgə doldurmuş və kopyalayaraq saxlamışdıq ) təşkilatlara göndəriridim. O zaman bir məqsədim var idi; Dövlət təşkilatlarında karyera qurmaq. Bu səbəbdən özəl və kommersiya təşkilatlarına bir o qədər marağım yox idi. Bir gün yolda olarkən telefonuma gizli nömrədən zəng gəldi. Açdım Anadolu türkcəsində bir nəfər danışırdı. Özünü Qarabağ FK-un direktoru (adı konfidensial saxlayacam) kimi təqdim etdi. Bildirdi ki, mənə iş təklifi etmək istəyir. Çox mehriban və səmimi səs olsada, düşündüm kimdisə zarafat edir. Dedim açıq nömrə ilə zəng vur davam edək danışığımızı. İstəyimi heç söz etmədi və dərhal açıq nömrə ilə zəng vurdu. Bir neçə gün sonraya görüş təyin etdik.

Planlaşdırılan tarixdə görüş üçün klubun ofisinə getdim. Çox mehriban şəkildə qarşıladı məni. İş təklifi klubun PR meneceri vəzifəsi idi. Təbiiki bu sahədə təcrübəmin olmadığını və işə ehtiyacım olsada qəbul edə bilməyəcəyimi bildirdim. Məni hardan və necə referans ediblər soruşdum. Bildirdi ki, Azersun işə qəbul komandası təqdim edib CV ni. Sağollaşmaq vaxtı gələndə məni otağın çıxışına yox, binanın çıxışına yox, lap yola qədər müşayiət elədi. Bu münasibəti, ofisdəki ümumi atmosferi və səmimiliyi çox bəyəndim. Özünə dedim ki, mən Azersunda çalışmaq qərarına gəldim.

O zamanlar indiki mütəşəkkil işə qəbul agentlikləri və ya funksiyaları və ya imkanları çox deyildi. Dostlarıma öz “unikal” 5 səhifəlik CV mi verdim ki, nədir budur nə zaman Azesun Hodinqin yanından keçəniz CV mi atın onların işə qəbul üçün nəzərdə tutulan CV qutusuna.

Beləcə bir dost, bir neçə gün sonra başqa biri, daha bir neçə gün sonra digər biri CV ni atır qutuya. ))

Məsələyə recruiter-lərin gözündə baxanda bir gün bir müəmmalı və qeyri peşəkar hazırlanan CV alırlar (əl əfsus iş təcrübəsi yoxdur). Qoyurlar kənara. Bir neçə gün sonra yenə eyni adam. Və yenə və yenə və yenə. Düşünürlər bu adam kimdisə əl çəkməyəcək. )

Beləcə, maraqdan dəvət etmək qərarına gəlirlər. Bir gün səhər saatlarında zəng vurub saat 12:00 üçün müsahibəyə dəvət etdilər.  O zaman Azersunun işə qəbul komandasında Allahverdi bəy və Elvin bəy var idi. Həddən artıq çox iş yükləri var idi və çox gərgin şəraitdə çalışırdılar.

Müsahibəyə gələn kimi qatdılar testlərə ardından görüşlərə. İşə qəbul rəhbəri, kadrların planlaşdırılması rəhbəri ilə görüşdən sonra növbə çatdı İR Direktoru ilə görüşə. O zaman İR direktoru Elçin Məmmədov idi. Çox dəyərli insan idi. Dünyasını dəyişib Elçin müəllim. ALLAHdan rəhmət diləyirəm. Ruhu şad olsun İnşAllah. Elçin müəllimlə görüş 2 saata yaxın oldu. Sualları düzün desəm məni daha çox çətinə saldı. Sonunda yorulduğumu hiss etdi. Dedi təbrik edirəm işə qəbul olundun.

Dedim hansı işə ??? )

Dedi anlamadım ! Hansı vəzifəyə müraciət etmişdin? Dedim konkret vəzifəyə müraciət etməmişdim.

Məni dəvət edən, görüşdüyüm hər kəsi otağa çağırdı və soruşdu ki, bu adamı nə üçün çağırıb 5 saatdır sorğu sual edirsiniz?

(Bu arada saat artıq 5 idi)

Yoldaşlar dedilər test üçün çağırdıq, maraq üçün görək hara uyğun olur. Sağolsunlar "CV yağışının" üzərindən keçdilər )

Bu vaxt Elçin müəllim menu kimi vakansiyaları qoydu qarşıya. Nə edək? Hara yönəldək səni soruşdu. Soruşdum; Marketin və ya Analitik bir iş var orda?. Dedi Marketinq var ancaq çox iş təcrübəsi lazımdır. Başqa təklifləri isə mən bəyənmədim.

Dedi o zaman gəl "HR" a. Və məni əmin etdi ki, burada həm analitikanı tapa biləcəksən, həm yaradıcılığı.

Beləliklə bir çoxları üçün olduğu kimi, mənim üçündə böyük məktəb olan Azersun məktəbi başlamış oldu.

Gənclər, arzularınızda iddialı olun. Əgər həqiqətəndə qarşınıza məqsəd qoysanız bütün imkanlar sizi ona doğru aparmaqda səfərbər olacaq.

Oxuduğunuz üçün təşəkkür edir və Elçin müəllimin timsalında insanlara dəyər qatmağa yol açan bütün dəyərli insanlara vəfat etmişsə Allahdan rəhmət, aramızdalarsa daha çox güc və səlahiyyət arzulayıram.

Gününüz uğurlu nəticələriniz davamlı olsun “!

 

Müəllif: Rəşad Məhərrəmov, Azərbaycanda İnsan Resursları sahəsində peşəkar ekspert.
HRM & Strategist | Strategy Management | Organizational Design & Development | Business Transformation

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

03.01.2023