Şirkətlər işçiləri problemləri həll etmək üçün işə götürürlər. Onlar lazım olan vəzifələri elan edib, namizədlərdən tələb olunan bacarıqların sıyahısını hazırlayırlar. Daha sonra şirkətlər bu namizədlərin arasından onların tələblərinə ən yaxın olanlarını seçirlər. Bu namizədlər müsahibəyə dəvət olunur və onların bu vəzifəyə uyğun olub olmamaları yoxlanılır.

Yaxşı, bəz bu namizədlərin arasında necə seçilmək və yadda qalmaq olar? Cavab sadədir: Hekayə danış!

Misal üçün, bir çox vəzifələr müştərilər, sifarişçilər və ya qonaqlarla ünsiyyət tələb edir. Bu zaman sənə “Müştəriləri necə idarə edirsən?” sualını verə bilərlər.

Bu sualın cavabında sən “Mən insanpərvərəm!” deyə bilərsən. Ona qalsa mənim itim də insanpərvərdir, amma mən onu müştəri xidmətləri vəzifəsinə qəbul edə bilmərəm. Yaxşı, bəs bunun əvəzində bir hekayə danışsan, müştərinin hansı problemlə rastlaşdığını, onlara necə kömək etdiyini və nəticənin necə olduğunu təsvir etsən, səncə nəticə necə olar? Sən yadda qalarsanmı? Gəl yoxlayaq.

“Mən Virginia ştatının Hopvel şəhərində “Best Products” dükanının baş meneceri idim. Yeni il bayramı axşamı təxminən saat 20:30-da mən artıq evdə idim. Birdən telefon zəng vurdu. Danışan bu gün səhər dükanımızdan 7 yaşlı oğlu üçün bayrama batareya ilə işləyən avtomobili almış müştəri idi. O, maşını quraşdırmaq istədiyi vaxt qutuda batareyaların olmamasını aşkar etmiş və bu səbəbdən mənə zang vurmuşdu.

O, təşviş içində məndən bu məsələni necə həll edəcəyimi soruşdu. Ağlıma ilk gələn zənn, onun mənim nömrəmi necə tapdığı və bəlkə də batareyaların maşının içinə əvvəlcədən qoyulub qoyulmadığı fikri idi. Lakin bayram axşamı olduğundan mən ona dükanda görüşməyi təklif etdim. Sonra isə, hər ehtimala qarşı menecer köməkçisinə zəng vurub, batareyaların maşına əvvəlcədən quraşdırılıb quraşdırılmadığını soruşdum.

Mən dükana getdim və müştəri ilə görüşdüm. Biz başqa bir maşın qutusunu açdıq və oradan batareyaları götürdük. Bir neçə gün sonra həmin müştəri dükanımıza gəlib, oğlunun bayramını bir növ xilas etdiyim üçün mənə təşəkkür etdi.”

İndi isə təsəvvür et ki, sən işəgötürənsən və iki namizədlə müsahibə keçirmisən. Biri sənə “mən insanpərvərəm” deyir, digəri isə Yeni il bayramı hekayəsini danışır. Sən hansını yadda saxlayarsan? Daha sonra müdirin səndən kimi işə qəbul edəcəyini soruşsa, hansı namizədi qəbul etmək daha ədalətli olar, insanpərvər olanı, yoxsa “Yeni il bayramı menecerini”?

Digər namizədlərdən seçilmək üçün hekayə danış və arzuladığın işi əldə et.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

14.10.2020