İşəgötürən menecer iş müsahibəsinin sonunda sizə “bizə sualınız varmı?” deyəndə bu şansı boşuna xərcləməyin. İlk baxışdan sadə səslənən bu sualı verməklə işəgötürən sizin nə dərəcədə ciddi və potensiallı namizəd olduğunuzu öyrənmək istəyir.

İş icrası üzərində fokuslaşan və korporasiyaların reytinqini müəyyənləşdirən btr. platformasının qurucusu Devid Melankona görə “nə qədər məvacib təklif edirsiniz” və “işin tələbləri nədir” kimi suallar əvəzinə fərqli 3 sual vermək daha məsləhətdir.

Bu suallar aşağıdakılardır:

1. Bir fərd və əməkdaş kimi, namizədlər sizin şirkətin mədəniyyəti çərçivəsində uğur qazanmaları üçün hansı keyfiyyətlərə sahib olmalıdırlar?

2. Tələbə subsidiyası və təqaüdlə bağlı yardım da daxil olmaqla təhsil və inkişaf üzrə şirkətin siyasəti nədir?

3. Şirkət işçiləri həyəcanlandırmaq, yenilikçi ruhunu aşılamaq və həvəsləndirmək üçün nə edir?

 

Mənbə: resume.az

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

24.09.2020