Yəqin ki, çoxunuz şöbə müdirinizin və ya direktorunuzun "bu işi sabaha çatdırmalıyıq" ifadəsi ilə qarşılaşmısınız. Bu isə o deməkdir ki, bu gün evə axşam saat 9-da 10-da gedəcəksiniz. Bir çox yerdə isə bu, adət halını alıb. Yəni orda saat 8-dən tez çıxmaq yoxdur.

Amma bilməlisiniz ki, gündəlik iş 8 saatı keçməməlidir (istisnaları var). Keçsə belə bu sizin razılığınızla ola bilər. Razısınızsa, buna görə işə götürən sizə işlədiyiniz hər əlavə saata görə saatlıq vəzifə maaşınızın 2 qatını ödəməlidir. Ancaq əlavə iş saatları 2 gün ərzində 4 saatdan artıq ola bilməz.

Bunu qanun deyir. Əgər bu vəziyyət sizi qane etmirsə və işdən asılılığınız yoxdursa, yəni işdən çıxarılmaq qorxunuz yoxdursa işəgötürəndən haqqınızı tələb edə, hətta dövlət qurumuna şikayət edə bilərsiniz. Ancaq işdən çıxmaqadan ehtiyat edirsinizsə, bunun da bir çözümü var. Heç kim sizi işdən çıxmaq barədə ərizə yazmağa məcbur edə bilməz. İxtisar edə bilərlər ki, məhkəməyə müraciət edib bu ixtisarın məqsədli olaraq sizi işdən çıxarmaq niyyəti ilə edildiyini sübut etsəniz, işinizə bərpa olunacaqsınız.

Son olaraq, hörmətli işəgötürənlər, işçiləriniz işi 8 saata çatdırmırsa bu sizin problemdir, əlavə işçi götürün, çatdıracaqlar.

 

Müəllif: Araz Ismayilov

Mənbə: linkedin.com

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

16.08.2021