Gənc dostlar və karyera planları ilə bağlı əlavə mülahizə imkanları əldə etmək istəyənlər üçün təcrübələrimi bölüşəcəm.

Ola bilsin ki, indi və bundan sonra paylaşacağım təcrübələr kimlər üçünsə karyera fürsətlərini dəyərləndirmək üçün əhəmiyyətli məlumat olacaq.

2010-cu il işə qəbul olunmağımın belə xüsusi bir əhvalat olduğu Azersun Holdinqdə (ilk iş yerim) iş təcrübəmin 2-ci ili idi. Çalışdığım iş saatlarını diqqətdə aldıqda 3-cü il olduğuna inanıram )

Holdinqin şirkətlərindən birində pilot layihə ilə bağlı tez tez görüşlərdə olurdum. Bu dövrdə həmin təşkilatda çalışan peşəkar insanlardan biri olan Xəqani Ağasıyevlə yaxından tanımış oldum. Bir neçə həftədən sonra pilot layihəni bitirib mərkəzi ofisdəki işlərə fokuslandım.

Üzərindən günlər keçmişdi Xəqani bəydən zəng gəldi. Bir tanışı ölkədəki öz sektorunda lider olan şirkətlərin birinin sahibi idi və mənə iş təklifi etmək istədiyini bildirdi. Mənə maraqlı gəldi və hansı funksiya və nə iş olmasını soruşdum Xəqani bəydən. Şəxsin güvənilir bir insana ehtiyacı olduğu və rəhbərlik səriştəsi tələb etdiyini bildirdi. Mən isə Xəqani bəyə 2 il rəsmi iş təcrübəmin olduğu bildirdim. Xəqani bəy hər bir halda görüşməyin faydalı olduğunu əminliklə tövsiyyə etdi və mən görüş üçün razılaşdım.

Şirkət sahibindən zəng aldım. Görüşdük. Maraqlı idi ki, görüşü yürüş edərək keçirdik və çox faydalı müzakirələrimiz oldu. Bir neçə gün sonraya ofislərində görüş üçün razılaşdıq.

Görüş günü çox kritik işlər var idi öz şöbəmdə və Holdinqin aylıq 4 saat icazə məhdudiyyətini nəzərə alaraq hər yerə olduğu kimi yenə avtomobili Şumaxer kimi sürərək ofislərinə çatdım və dərhal müzakirələri maksimum sürətli aparmağı xahiş etdim.

İlk söz bu oldu; sənə indi aldığından 5 dəfə yüksək əmək haqqı və şəxsi sürücü və avtomobil veririk. Mən gənc təcrübəmlə indi həftə içi 8-9 saat, şənbə günləri 5-6 saat çalışıramsa, hər halda burda yaşamalı olacam düşünürdüm. Soruşdum iş nə olacaq?

Bildirdilər ki, “əsas problem komandanın idarə olunması ilə bağlıdır. 500 nəfər işçi var və proseslər xautikdir. Və əlavə olaraq bizə borclanmış müştəri sayı həddən artıq çoxdur. Bununla bağlıda işlər görülməlidir”. Mən isə sadə sual verdim. Nə üçün mən?

GÜVƏN səbəbi və nəticəyönümlüklə bağlıdır söylədilər. Bu zaman düşündüm demək Holdinqin mənə ödədiyi maaş mənim qabiliyyətlərim üçündür, burdakı 4 maaş artım isə güvənin qiyməti imiş. Bu halda deməkki güvən hər zaman düşündüyüm kimi çox əhəmiyyətdən ziyadə çoxda bahalı görülürmüş ). Bunun qiymətini bilməm və nəyin bahasına olur olsun qorumam lazımdır demək.

Soyuqqanlı şəkildə 3 gün vaxt istədim. Və həmin 3 gün ərzində düşündüm.

A) Bir tərəfə kifayət qədər böyük, uğurlu bir biznes va və oradan çox böyük səlahiyyət və gəlirləri yaxşılaşdırmaq imkanları var idi.

B) Digər tərəfdə ölkənin ən iri təşkilatlarından biri və hələ öyrənəcəyim çox şey var idi.

Mən -B- ni seçdim. Səbəbi sadə idi motivatorlarım azadlığı seçirdi. Azadlıq isə yalnız unikal bilik, bacarıq və səriştəliklər əldə etməkdən keçirdi. A) iş yeri davamlı olmadığı təqdirdə mənim yalnız şəxsi vəsaitlərimdə artım olacaqdı. Əldə etdiyim biliklər isə kiçik təşkilatların əməliyyatları müstəvisində olacaqdı.

Beləliklə bəzi təkmilləşdirmə təkliflərimlə 3 gün sonra görüşdüm və qərarımı açıqladım. Doğru qərar olduğunun fərqindəyəm.

Çıxardığım məntiqi nəticələri daha uzun uzadı yazmayacam. Fikirləri qarışdırmaq deyil məqsədim. Eyni durumda qərar vermək istəyində olanlar üçün daha “bir amili” düşünmələrində faydalı olmaqdı.

Hər bir vəziyyətə individual yanaşmaq, şərtlərə individual baxmaq lazımdır.

Məqalənin faydalı olduğunu düşünürsünüzsə ardı olacağına əmin ola bilərsiniz.

Uğurlu gün və davamlı nəticələr arzulayıram.

 

Müəllif: Rəşad Məhərrəmov, Azərbaycanda İnsan Resursları sahəsində peşəkar ekspert.
HRM & Strategist | Strategy Management | Organizational Design & Development | Business Transformation

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.
Rashad Maharramov (HR strategist)

03.01.2023