Dünya səviyyəli karyera ekspertinin bu 5 məsləhəti məzunlara işə düzəlməyə təminat verir. 

Məhşur beysbolçu Villi Keelerdən (1872-1923) belə sərrast vurucu (beysbol çubuğu ilə) olmasının sirrini soruşanda, onun cavabı belə olub:

“Diqqətlə bax və zərbəni onların olmadığı yerə vur.”

Bəzən sadə cavablar insanın gözlərini yeni imkanlara açır. Bu, xüsusilə də iş axtarma prosesinə aiddir. Bugünkü iş bazarında yeni imkanlar tapmaq asan deyil. Bilirəm ki, çoxlarınız bu məsələdə sizə kömək edə biləcək insanları tapmaqda çətinlik çəkmisiniz.

Mən yeni iş imkanları axtarışını itmiş xəzinənin axtarışına bənzədirəm. Axtarış zamanı xəritəni oxumaq çətin olur. Hansısa bir “X” nişanının göstəridyi hədəfi tapmaq da çətindir. Və nəhayət onu tapdıqda nə görürsünüz? Szin kimi milyonlarla insan da həmin xəzinəni axtarır.

Bu sizə tanış gəlir?

Gəlin Villi Keelerin məsləhətinə qulaq asıb, “…onların olmadığı yerə vur”aq.

Aşağıda göstərilən yerlərdə (bəziləri sizə tanış gəlməyəcək) siz adətən reklam olunmayan işləri tapa bilərsəniz. Amerikalı karyera mütəxəssisi Ceffri Cey Foks “Resumenizi göndərməyin!” adlı kitabında iş haqqında məlumat əldə edə biləcəyiniz bəzi qeyri-adi yerlər haqqında danışır. Bu siyahıya öz ideyalarımı əlavə edib onu tamamlamışam. Beləliklə:

İnvestisiya şirkətləri

Bu tipli şirkətlər (Red: Azərbaycanda az da olsa mövcuddur) yeni və ehtiyacı olan şirkətlərə maddi cəhətdən investisiya edirlər. Bu şirkətlərdə çalışsan insanlar maliyyə üzrə ekspertlər olur və biznesin digər sahələrində mütəxəssis olmurlar. Həmçinin onlar şirkətlərin daxilində baş verən hadisələrlə yaxından əlaqədə olur və hansı sahədə hansı istedadlara malik işçilərin tələb olunduğundan hər zaman xəbərdardırlar.

Kiçik şirkətlər

Gəliri az olan kiçik şirkətlər nəhəng korporasiylarla müqayisədə hər zaman işləmək üçün daha əlverişli sayılırlar. Heç vaxt balaca şirkətlərdəki imkanları nəzərdən qaçırmayın. Çox vaxt bu cür şirkətlərdə işçilərin istedadlarına əsaslanaraq eksprompt (gözlənilmədən) yeni vəzifələr yarana bilər.

Kommersiya krediti mütəxəssisləri

Banklar şirkətlərə borca pul verirlər. Onlar bunu həmin şirkətin gələcək uğurlu və davamlılığı əsasında edirlər. Onlar pullarının boşa getmələrini istəmirlər. Ona görə də şirkətlərin inkişaf etməsi və borcları vaxtında qaytara bilmələri üçün şirkətin idarə heyətinin və işçi komandasının güclü olması onların şəxsi maraqlarındadır.

Mükafatvermə mərasimləri

Qaliblər və qalib olmaq istəyənlər mükafat mərasimlərinə qatılırlar. Adətən şirkətlərdə qərar qəbul edən və cəmiyyətdə yüksək nüfuzu olan şəxslər bu cür tədbirlərdə iştirak edirlər. Onlar qaliblərin arasında görünmək istəyir. Və bu tədbirlər əlaqələrin qurulmasına kömək etdiyindən, burada siz lazım olan insanlarla tanış ola bilərsəniz. Onlar banket zamanı masa arxasında sənin yanında otura bilərlər. Özünü təqdim et və söhbətə başla. Bu, sizi məhz sənə lazım olan yerə apara bilər.

Qeyri-kommersiya və könüllü işləyən təşkilatlar

İş axtardığınız müddətdə görə biləcəyiniz işlərdən biri də yaşadığınız cəmiyyətə xeyir verməkdir. Boş vaxtını insanlara yaxşılıq etməklə yaxud inandığın bir işi görməklə keçirə bilərsəniz. Könüllü kimi sərf etdiyiniz vaxtdən nə əldə edirsən? İnsanlara yardım etməkdən başqa, siz, sizin kimi gördüyü işdən zövq alan insanlarla çiyin-çiyinə çalışırsınız. Bu insanlar uğurlu şirkətlərdə işləyən rəhbərlər və ya nüfuzlu insanlar ola bilər. Ünsiyyət zamanı siz onlarla əlaqə yaradırsınız, bu da sizə onların şirkətlərində iş tapmağa yardım edə bilər.

Gizli “xəzinə”ni az adamın tapa biləcəyi yerlərdə axtarın. Yuxarıda adı çəkilən məkanların heç olmasa birindən yararlana bilsəniz, digər insanlardan bir addım öndə olacaqsanız.

Sizə uğurlu axtarışlar arzu edirəm.


Məqalənin müəllifi Frenk Traditidir. O, natiq, karyera mütəxəssisi, 20 ildən artıq menecment, satış və marketinq sahələrində təcrübəsi olan və “Fortune 500” siyahısına daxil olan şirkətlərlə işləyən təlimçidir. Frenk istedadlı mütəxəsisslərlə çalışır və qeyri-adi karyeranın qurulması üçün planlar tərtib edir.

 

Mənbə: resume.az 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

03.10.2020