Karyera mövzusu ilə bağlı bu dəfəki yazıda strukturlu və konseptual yanaşmalardan fərqli fikirləri paylaşacam.

Heç düşünmüsünüzmü loyallığın son nöqtəsi və ya qırılma anı nədir? Nə zaman təşkilatla yolu ayırmaq qeyri şərtsiz və mütləq olur?

Bunu ümumi olaraq izah etsəm bəzilərinizi yalnış addıma sövq etmiş olaram. Hər bir hala fərdi yanaşmaq lazımdır. Məqsədim gənc dostlara karyeraları ərzində rastlaşacaqları çətin vəziyyətlərlə inamlarını qırmamaları və hər zaman pozitivə fokuslanmalarını təmin etməkdir. Buna görə sizlərə “düz məntiqdən” kənar, daha fəlsəfi və ya İlahi hikmətə güvənilərək edilən seçimlərlə, loyallığın şərt olmadığı vəziyyətlərlə bağlı təcrübələrimdən bəzilərini bölüşəcəm.

QALUSTUK BELƏ HƏYATIMIZDA DÖNÜM NÖQTƏSİ OLA BİLİR

2009-cu il Azersun Holdinqdə İR şöbəsinə mütəxəssis vəzifəsinə yeni bir işçi qəbul etmişdik. Yeni əməkdaşı mənə “stajor” olaraq həvalə etmişdilər ki, işləri öyrədəm və təşkilata daha sürətli adaptasiyasını təmin edim. Yeni həmkarımız gördüyüm ən smart, çalışqan, dissiplinli insanlardan biri idi. “Stajor dostumun” bəzi tərəflərdə məndən çox üstün olduğunu görür və mümkün fürstədə özünə bildirirdim. Şəxsin adını təbii ki, məxfi saxlayacam və şərti olaraq “Stajor” adlandıracam.

Stajor adi iş günlərinin birində işə gəldikdə qalustuk taxmağı unutmuşdu. Nəzakət üçün otağa daxil olub rəhbərlə görüşdü (mən rəhbərlə eyni otaqda çalışırdım). Rəhbər salamdan dərhal sonra bəlkədə əvvəl )) qalustuku soruşdu. Stajor unutduğunu bildirdi və bədən dilindən təəsüf hissi keçirdiyi, məqsədyönlü şəkildə etmədiyi və ya “qaydalara” etinasız yanaşmadığı bəlli idi. Rəhbər mühafizə xidmətinə zəng vurub danladıqdan sonra Stajora evə get və qalustuku tax və gəl dedi. Stajor isə şəhərin əks tərəfində yaşadığını və üzürlü sayılmasını xahiş etdi. Qərar dəyişmədi. Stajor otaqdan çıxdı. Bu hadisə artıq oldu. Bu halda mən, tamam olmuş hadisəni dəyişə bilmirəm bəs nəticəni necə dəyişim və ya ümumiyyətlə dəyişimmi düşünürdüm. Daxili səs isə nəticə hər zaman kontrol altındadır deyirdi (inananlar üçün bu hər zaman belədir). Bir neçə saat sonra Stajor mənə zəng vurdu və mümkün olan ən qısa zamanda işdən çıxa bilməsi üçün ona dəstək olmamı xahiş etdi. Mən bütün maraqlı tərəflərin təsdiqini aldım ki, sabah işdən ayrılmasını təmin edə bilək. Və paralel olaraq alternativ funksiyalarda və hətda təşilatlarda işə başlaması üçün danışıqlara başladım. Növbəti gün səhər saatlarında Stajor çox xoşbəxt bir şəkildə işə gəldi. Mənə bildirdi ki, ABŞ üçün qüvvədən düşmüş “greencard” bərpa olunacaq və O, ABŞ-a dönəcək. Əla, Təbriklər və Sağollaşdıq. Bilmədim dərhal getdi yoxsa yox.

STAJORLA NÖVBƏTİ GÖRÜŞ

12 il sonra, 2021-ci ildə çalışdığım Veysəloğlu MMC-də İdarə Heyətində Müşahidə Şurası ilə əsas 3 starteji prioritetlə bağlı müzakirə və razılıq əldə etdik. Strateji prioritetlərdən biri qlobal və TOP 10 şirkətlərdə (konfidensial olduğu üçün detalları bildirəcə bilməyəcəm) üst səviyyəli rəhbərlərlə danışıq aparmağı tələb edirdi. İlkin danışıqları aparmaq mənə həvalə olunmuşdu. Bu müstəvidə danışıq aparılan şirkətlərin birində (Global olaraq TOP 5-də yer alan şirkət) azərbaycanlı tapdım ). Adı və soyadından və üz cizgilərindən bizim adam olduğu bəlli idi. İlkin danışıq və ardından növbəti müzakirələr və ardından Müşahidə Şurası ilə danışıqlar aparıldıqdan sonra bu adamı haradansa tanıdığımı xatırladım. )). Bu bizim “Stajor” idi. Stajora onlayn görüşlərdən birindən sonra zəng vurdum ki, dəqiqləşdirim həmin adamdı yoxsa yox. Bəli təbiiki çox dəyişmişdi və bu səbəbdən ilk olaraq tanımamışdım. Oda məni xatırlaya bilməmişdi. Stajor bir çoxlarınızın tanıdğı insanların heç arzularında belə yer almayacaq qədər uğurlu bir karyera qurmuşdu. Burdan çıxan nəticə “Bəzən “qalustuku çıxartmaq” ən doğru addımdır. Bunu məqsədyönlü şəkildə etməsənizdə, İlahi təqdirə güvənin.

Bura qədər oxuya bildinizsə burdan sonrada davam etməyinizi tövsiyyə edirəm.

HƏR ZAMAN ÇIXIŞ YOLUNUN OLDUĞUNA İNANIN

2012-ci il Azərsun Holqində sonuncu layihəm olan Azərbaycan Sənaye Bankının biznes proseslərinin yenilənməsi layihəsini koordinasiya edirdim. Layihəyə ümumi rəhbərlik başqa şəxsdə idi. Onunda adını “Məxfi” qoyaq. Bankın bütün biznes prosesləri hazırlanmış, İdarə Heyəti tərəfindən təqsidlənmişdi. Müşahidə Şurası üzvləri və İdarə Heyətinin iştirakı ilə təqdimat edilirdi. Təqdimatı mən edirdim. Toplantı zamanı Məxfi tərəfindən xoşagəlməz münasibət sərgiləndi. Mənim tolerans limitim doldu və toplantıdan dərhal çıxdım (əslində biz nəyəsə, əsasəndə neqativ məsələyə kəskin reaksiya verəndə bu dərhal olmur. Bu reaksiya toplanmış neqativlərin əməldə təzahürü olur). Toplantıdan çıxanda isə “artıq bu şəxslə eyni təşkilatda yer almaq istəmədiyimi və ayrılmaq qərarını verirəm dedim”.

Toplantıdan çıxandan sonra düşündüm ki, indi sözünün üstündə dur görüm Rəşad. Həmən vaxtda kifayət qədər öhdəliklərim, borclarım var idi. Mənzil almaq üçün ipotekaya müraciət etmişdim. İlkin ödənişi belə necə edəcəyimi bilmirdim. Və bu halda işdən ayrılmaq qərarı vermişdim. Bankın ikinci mərtəbəsində məhəccərə söykənib dayanmışdım və düşünürdüm. Əsəbdən ətrafda heçnəyi eşitmir və reaksiya vermirdim. Bu vaxt sağdan, soldan kimlərinsə yaxınlaşıb boş ver, olan şeydi, yola ver və s. kimi təsəlli sözlərini eşidirdim. Kimlər olduğunun fərqindədə deyildim. Düşündüm düşündüm həll yolu tapmadım vəziyyətə. Səbəb hər zaman ali müqəddaratı çox əhəmiyyətli hesab etməyim və hər nə olursa olsun pozitiv qalmaq məcburiyyəti idi. Bunu düşünmək əladır )) ancaq yaşayınca çoxda asan olmur dostlar. Əl əfsüs əgər qeyri müəyyənliklər çoxdursa. Bu halda əsas amil çox sadədir “daxili səsə qulaq asmaq”. Və mən daxili səslə Allah (c.c.) dua etməyə başladım. Toplantıya daxil olarkən telefonu səssizə (vibrasiyaya) almışdım. Mən dua edərkən telefona zəng gəlirdi. Açmırdım çünki danışmaq üçün lazımı emossional durumda deyildim. Zəng bir neçə dəfə təkrar gəldi. Telefonu açdım, qarşı tərəfdən “salam iş təklifi etmək istəyirəm Rəşad nə deyirsən?” sualı gəldi. Kim olduğunu soruşmadım, nə iş olduğunu soruşmadım və razıyam bildirdim. Zəng vuran Elvin Mahmudov idi. Elvin bizim ölkəmiz üçün çox böyük dəyər yarada biləcək şəxslərdən biridir (ümid edirəm və inanıram onun bacarıqlarından yararlana biləcəyimiz status ona həvalə olunacaq tezliklə). Elvin dedi kim olduğmu və nə iş olduğunu soruşmadan necə razı olursan ?)). Səbəb bəlli idi. Soruşdu hardasan ? Dedim ASB bankda 2-ci mərtəbədə. Dedi məndə ASB bankda 1-ci mərtəbədəyəm. Düşdüm görüşdük. Orxan İsayevlə bir yerdə idilər. SOCAR-ın İR və BPR infrastruktur təkmilləşdirmə layihəsi üçün komanda toplayırmışlar. Və yaxınlıqdan keçərkən nə təsadüfsə mən ağıllarına düşmüşəm və nə təsadüfsə ASB banka dönüblər, nə təsadüfsə israrla mənə zəng vurublar. Oradan birgə onların ofisinə getdik və 2 dəfə yüksək əmək haqqı fərqi ilə müqavilə bağladıq. Növbəti aydan artıq eyni təşkilatda çalışırdım.

Gənclərə, karyerasını yeni quran dostlara oxuduqlarının həyatlarının hansısa bir mərhələsində faydalı olmasına ümid edirəm.

(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! Ali-İmran surəsi, 26.

2023-cü ilin başda şəhid ailələri olmaqla bütün xalqımız üçün firavan, sağlıqlı və bərəkətli olmasını arzulayıram. İnşəAllah çox böyük ümidləri qarşılayacağımız və uzunmüddətli, dayanıqlı yüksəlişi əldə edəcəyimiz hadisələrlə bol olar bu il.

 

Müəllif: Rəşad Məhərrəmov, Azərbaycanda İnsan Resursları sahəsində peşəkar ekspert.
HRM & Strategist | Strategy Management | Organizational Design & Development | Business Transformation

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.
Resad Maharramov

03.01.2023