Bu vacib rezume məsləhətlərinə əməl etsəniz nəticədə işə götürüləcəksiniz.

Sizcə işəgötürən sizin rezumenizi zibil qutusuna atmağa qərar vermədən öncə ona baxmağa nə qədər vaxt sərf edəcək? “The Ladder” onlayn iş axtarma portalının fikrincə altı saniyə! Bu vaxta sadəcə 20-30 söz oxumaq olar.

Yaxşı bəs işəgötürəni sizin rezumenizi oxumağa vadar etməsi üçün ilk bir neçə sətri – xülasə bölümünü – necə yazırsız? Necə edirsiz ki, rezumenizi oxuyub zibil qutusuna atmasınlar, əksinə sizə zəng etsinlər? Xülasənizi necə təsirli edirsiz?

Bunu yoxlamaq üçün aşağıdakı siyahıya baxaq:

–  Xülasənizi hər iş ərizəsinə uyğun edin. Mütəxəssisi olduğunuz sahələrin müraciət etdiyiniz işə ən uyğun olanlarını qeyd edin.

–  Sonra ekspert olduğunuz sahələrdə əldə etdiyiniz nailiyyətləri qabardın – yəni sizin sayənizdə başqa şirkətlər necə inkişaf edib onu yazın.

–  İşlədiyiniz sənaye və təşkilatları qeyd edin.

–  Əldə etdiyiniz təcrübənizin illərini göstərin.

–  “Nəticəyə can atan”, “təsdiqlənmiş nailiyyətlər”, “mükəmməl əlaqə yaratma qabiliyyətləri”, “komanda adamı” kimi ümumi və klişe terminlərdən istifadə etməyin.

İndi də gəlin bir neçə güclü xülasə nümunələrinə baxaq:

“Kommersiya infrastrukturlarının yaradılmasında, brendin inkişaf etdirilməsində və məhsulun alıcılar, həkimlər və pasiyentlər üçün uyğunlaşdırılmış şəkildə tanıdılması, bazara çıxardılması üzrə 20 illik təcrübəsi olan əczaçılıq marketinq rəhbəri. İki milyardlıq qlobal marketin və kommersiya əməliyyatları komandalarının gəlir və itkilərinin idarə olunmasına rəhbərlik edir.”

“İstehsalat, satış və sağlamlığın qeydinə qalınması sənayelərində ətraf mühit, sağlamlıq və təhlükəsizlik üzrə uyğunluğun tənzimlənməsi və işçilərin sağlamlığı və təhlükəsizliyi sahəsində 20 illik təcrübəyə malik direktor. Mükafata-layiq zədələri azaldan erqonomik avadanlıqlar hazırlayıb. Minlərlə işçini xəbərdar etmək məqsədilə təlim proqramları və öyrədici veb-portallar ərsəyə gətirib.”

“Biznesə yeni başlayan, sürətlə inkişaf edən və oturuşmuş şirkətlərin satış komandalarına rəhbərlik edən 12 illlik təcrübəsi olan onlayn reklamlar üzrə satış direktoru. Oyunlar, mobil, sosial və internet kimi bütün platformalarda elanın gəlir gətirməsini maksimuma çatdırmaq. Facebook və digər rəqiblərin olduğu güclü rəqabət mühitində gəlir hədəflərinin davamlı artırıb.”

İndi isə gəlin bü xülasə nümunələrinin siyahıdakı məqamlara nə qədər uyğun olduğuna baxaq:

Xülasənizi hər iş ərizəsinə uyğun edin. Hər iş elanında üç və ya dörd ən vacib məsuliyyətlərin siyahısını hazırlayın sonra da onları öz xülasənizdə qabardın. Bu dərhal işəgötürən menecerə ondan xəbər verir ki, siz həmin məsələyə uyğun problemi həll etmisiniz. Beləliklə o, artıq sizin rezumenizi sona qədər oxumaqda və sonra sizi müsahibəyə çağırmaqda maraqlıdır.

Diqqətinizi nəticələr üzərində cəmləşdirin. Digər təşkilatlar sizin işinizdən necə bəhrələnib? Sizin nailiyyətlər digər namizədlərinkindən nə ilə fərqlənir?

Marketinq üzrə rəhbər (birinci nümunə) sıfırdan kommersiya obyektləri qurub, dərmanların bazara təqdim edilməsindən satışına qədər nailiyyət əldə edib, onu gəlirli edib və 2 milyardlıq gəlir və itgilərini idarə edib. Ətraf mühit, sağlamlıq və təhlükəsizlik üzrə direktor sağlamlıq və təhlükəsizlik kimi ümumi nailiyyətləri arasında seçilən bir nailiyyət – mükafata-layiq erqonomik avadanlığın icad olunması – əldə edib. Satış direktoru uğurla reklamla dəstəklənən onlayn oyun bazarına daxil olub. O, həmçinin oxucunu Facebookla “Davud və Qaliaf” misalında olduğu kimi qeyri-bərabər “savaş”ın nəticəsi barədə intizarda qoyur.

İşlədiyiniz sənaye və təşkilatları qeyd edin. Marketinq üzrə rəhbər öz xülasəsini karyerası boyunca işlədiyi bir sənaye – “əczaçılıq” ilə başladı. Ətraf mühit, sağlamlıq və təhlükəsizlik üzrə direktor öz nailiyyətlərini üç sənayedə – istehsalat, satış və sağlamlığın qeydinə qalınması – işləməsi ilə qeyd edib. Satış direktoru öz nailiyyətlərini biznesə yeni başlayan, sürətlə inkişaf edən və oturuşmuş şirkətlərin müxtəlif vasitələrlə inkişaf etdirilməsi üzərində qurub.

Əgər siz hazırda işlədiyiniz sənayedən fərqli bir sənayedə işə müraciət edirsinizsə o zaman rezume xülasəsini qurmağın başqa bir nümunəsinə baxaq. Bu şəxs “Disney” şirkətində böyük layihə meneceri vəzifəsinə müraciət edib, lakin onun son işlədiyi yer uşaq muzeyi olub:

  • “Uşaqlar üçün nəzərdə tutulan texnologiyaları və ailəvi muzey təcrübəsini beynəlxalq auditoriyaya təqdim edən müxtəlif funksiyalı komandlara rəhbərlik etməkdə 18 illik təcrübəsi olan layihə rəhbəri.
  • Mürəkkəb və müxtəlif məhsul brendlərinin strategiya rəhbəri.
  • Konfranslarda, onlayn vasitələrlə məhsul və sərgi materiallarını auditoriyalara əlaqələndirmə bacarığı.”

O, “Disney” şirkətində ən vacib tələblərə uyğun sahələri – layihənin idarə edilməsi, strategiya rəhbərliyi və əlaqələndirmə bacarığını –  qara və qalın hərflərlə qeyd edərək diqqəti cəlb edə bilib. Onun bu xülasəsini həmin sahələrdə əldə etdiyi nailiyyətlərin göstərildiyi Seçilmiş Nailiyyətlər bölümü izləyir. Rezumenin ikinci səhifəsində ən yeni tarixdən başlayaraq xronoloji ardıcıllıqla daha çox ənənəvi formada olan İş Təcrübəsi yer alıb.

Ümumi terminlərdən istifadə etməyin. “Nəticəyə can atan” olduğunu iddia etməkdənsə yuxarıda göstərilən xülasələr kimi ərizəçinin hansı nəticələr əldə etdiyini göstərin. Həddən artıq çeynənmiş terminlərdən uzaq durduqda işəgötürən dərhal maraqlanır və rezumedə yazılanları sonadək oxumaq istəyir.

Linkedİn haqda qeyd: Rezumedə olan üç və ya dörd sətirlik xülasənin əksinə siz Linkedİn hesabınızın xülasə bölümündə nailiyyətləriniz haqda 2000 simvola qədər məlumat yerləşdirə bilərsiniz. Burada siz hətta gələcək planlarınız barədə də məlumat yerləşdirə bilərsiniz.

Təbii ki, rezumenizin digər bölümləri də vacibdir. Lakin məhz zəngin, nailiyyətlərə əsaslanan xülasə işəgötürəni sizin rezumenizi oxumadan digər namizədə keçməyin qarşısını alacaq. Elə edin ki, elan olunan işdə sizin uğurlu olmağınız üçün tələb olunan xüsusiyyətlərin olduğunu dərhal görsünlər. Sonra da telefon zəngini gözləyin.

Bu məqalə ilk dəfə Harward Business Review saytında yerləşdirilib. Onun müəllifi Ceyn Heyfetzdir.

Ceyn Heyfetz “Right Resumes”-in yaradıcısı və direktorudur və “Harward Business Review” (HBR)-nin redaktorlarındandır. O, uzun illər HBR-nin məhsul inkişafı üzrə direktoru və icraçı redaktoru vəzifələrində işləmişdir.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

18.10.2020