Sənəd dövriyyəsi üzrə mütəxəssis (Kargüzarlıq)

  • Wingz
  • Elanın qoyulma tarixi: 16.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Göndərilən sənədlərin qeydiyyatını aparmaq və cavabı gözlənilən sənədləri nəzarətdə saxlamaq;
  • Elektron sənəd dövriyyəsi sisteminin iştirakçıları arasında sənəd layihələri üzrə razılaşdırmanın elektron formada həyata keçirilməsini təmin etmək;
  • Sənədlərin icra vəziyyəti ilə bağlı müvafiq hesabat, məlumat və arayışları hazırlamaq;
  • Sənədləri iş qovluğuna yerləşdirərkən onların tam şəkildə olmasını və düzgün tərtib edilməsini təmin etmək;
  • Şöbədə digər kargüzarlıq işlərini təlimata uyğun həyata keçirmək.

Vəzifənin tutulması şərtləri:

  • Kompüter bilikləri: Microsoft Office proqramları;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus dili - səlis.

Əlavə məlumat:

  • İş yeri: Heydər Əliyev pr. 115, BMS Plaza
  • 5 günlük iş qrafiki: 10:00 – 18:00;
  • Əmək haqqı: 600 AZN
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Wingz tərəfindən digər vakansiyalar