Həkim

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 10.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali tibbi təhsilli olmalıdır;
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi olmalıdır;
  • İlkin tibbi yardım qaydalarını bilməlidir;
  • Xəstəxanaların ixtisaslaşması barədə məlumatlı olmalıdır;
  •  İşçi sağlığı əsasnaməsini bilməlidir;
  • AR Səhiyyə Nazirliyinin aidiyyatli əmrləri barədə məlumatı olmalıdır;

İş haqqında məlumat: 

  • Xəstə əməkdaşlara ilkin tibbi  yardımı göstərmək;
  • İlkin həkim yardımından sonra xəstənin xəstəxanaya göndərmək  və ya ehtiyac olan zaman müşayiət etmək;
  • Xəstəxanaların profilini bilmək, xəstənin diaqnozundan və vəziyyətinə uyğun  olaraq müvafiq xəstəxanaya istiqamətləndirmək;
  • Xəstəlik səbəbindən əmək qabiliyyətini itirmiş və həkim qəbuluna gələ bilməyəck qədər ağır vəziyyətdə olan işçiləri evində ziyarət edərək qaydalara uyğun vəzifələri icra etmək;
  • Müraciət edən və evində ziyarət edilən xəstələrin,müvafiq kitablarda və bilgisayarda qeydiyyatını aparmaq;
  • Xəstələrə sağlamlıqları ilə bağlı məsələlərdə. bilavasitə  və  ya telefon vasitəsilə məsləhət vermək;
  • Xəsarət alan işçılər barədə onların işlədikləri müəssisənin məsullarına təxirəsalmadan məlumatlar vermək;
  • Digər tibb müssisələrində təyin edilmiş planlı qaydaların icrasında köməklik göstərmək;
  • Cərrahi əməliyyatdan sonra tibb məntəqəsinə müraciət edən işçilərin sarğılarını dəyişmək;
  • Xəstəlik vərəqələrinin qediyyatını aparmaq;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Həkim” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi